3 beynəlxalq şirkət ƏDV məqsədləri üçün vergi uçotuna alınıb Digər xəbərlər 08/05/2026 Paylaş FacebookXWhatsAppTelegram 2026-cı ildə daha 3 beynəlxalq şirkət elektron qaydada DVX-nin portalında vergi uçotuna alınıb. Bunlar İsveçrənin “Epic Games Commerce GmbH”, Almaniyanın “Contabo GmbH” və ABŞ-nin “Chess.com LLC” şirkətləridir. Bununla da elektron qaydada vergi uçotuna alınmış rəqəmsal xidmət təqdim edən qeyri-rezidentlərin sayı 10-a çatıb. Bu isə həmin şirkətlərdən xidmət alan fiziki şəxslər üçün əlavə ƏDV tutulmasının aradan qaldırılması deməkdir. Belə ki, Vergi Məcəlləsinin 33.8-1-ci və 169.8-ci maddələrinin tələblərinə əsasən, həmin şirkətlərə edilən ödənişlər zamanı vətəndaşların vəsaiti hesabına banklar tərəfindən əlavə ƏDV məbləğı artıq hesablanmır.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Qeyd edək ki, qeyri-rezident şirkətlərin ƏDV qeydiyyatına alınması ötən ildən başlayaraq Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində yaradılmış xüsusi portal vasitəsilə həyata keçirilir. Beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış portalın əsas məqsədi elektron ticarət xidməti göstərən transmilli şirkətlər üçün məsafədən və sadələşdirilmiş uçot imkanlarının yaradılması, onların fəaliyyət göstərdikləri və iqtisadi dəyər formalaşdırdıqları ölkədə yaranan ƏDV öhdəliklərinin bəyan edilməsini və ödənilməsini təmin etməkdir. Son xəbərlər Yerli biznes xəbərləri SALOGLU mebeldə sonuncu “Fabrik kampaniyası”nın son tarixi açıqlandı 08/05/2026 Nəqliyyat Bakı–Ağdam–Bakı marşrutu üzrə qatarların hərəkətinə müvəqqəti fasilə veriləcək 08/05/2026 Ölkə daxili Prezident İlham Əliyev Roma Papasını təbrik edib 08/05/2026 Texnologiya xəbərləri “Elektron ipoteka və kredit zəmanət” sistemi 254 min manata təkmilləşdiriləcək 08/05/2026 Digər xəbərlər Yerli biznes xəbərləri SALOGLU mebeldə sonuncu “Fabrik kampaniyası”nın son tarixi açıqlandı 08/05/2026 Nəqliyyat Bakı–Ağdam–Bakı marşrutu üzrə qatarların hərəkətinə müvəqqəti fasilə veriləcək 08/05/2026 Ölkə daxili Prezident İlham Əliyev Roma Papasını təbrik edib 08/05/2026 Texnologiya xəbərləri “Elektron ipoteka və kredit zəmanət” sistemi 254 min manata təkmilləşdiriləcək 08/05/2026