XİN: Rusiyanın dövlət kanalında qondarma “Dağlıq-Qarabağ” ifadəsinin yer alması qəbuledilməz siyasi manipulyasiyadır Ölkə xarici 08/05/2026 Paylaş FacebookXWhatsAppTelegram 6 may tarixində Rusiya Federasiyasının dövlət kanalı olan “1-ci” kanalın “zaman göstərər” (“vremya pokajet”) verilişində Azərbaycan Respublikasının təhrif olunmuş xəritəsinin nümayiş etdirilməsi, xəritədə mövcud olmayan qondarma “Dağlıq-Qarabağ” ifadəsinin yer alması ciddi təxribat və qəbuledilməz siyasi manipulyasiyadır. Banker xəbər verir ki, bu barədə XİN-in mətbuat katibi Ayxan Hacızadə bildirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Onun sözlərinə görə, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü tam şəkildə bərpa olunub və bu reallıq Rusiya Federasiyası daxil olmaqla beynəlxalq ictimaiyyət tərəfindən tanınır. “Rusiya tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətin, bunun heç zaman sual altına alınmadığının bəyan edildiyi Rusiya Federasiyasının öz dövlət televiziyasında köhnəlmiş, saxta və separatizmi təşviq edən narrativlərin tirajlanması Azərbaycan-Rusiya münasibətlərinin ruhuna, qarşılıqlı hörmət və mehriban qonşuluq münasibətlərinə açıq şəkildə ziddir. Dövlətə məxsus media resurslarının məsuliyyətsiz və qərəzli yanaşması yolverilməzdir və qarşı tərəfdən bu məsələyə aydın izah verilməsi, eləcə də belə halların təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsi gözlənilir”, – XİN rəsmisi vurğulayıb. Son xəbərlər Neft və Qaz Bloomberg: Çinin “görünməz əli” neft bazarına necə təsir edir? 08/05/2026 İqtisadiyyat İran müharibəsi fonunda dünya ərzaq qiymətləri son üç ilin maksimumuna çatıb 08/05/2026 Texnologiya xəbərləri FT: “Anthropic” yayda dəyərinə görə “OpenAI”ni geridə qoya bilər 08/05/2026 Energetika Qəbələ yarımstansiyası 23 milyon manata yenidən qurulacaq 08/05/2026 Digər xəbərlər Neft və Qaz Bloomberg: Çinin “görünməz əli” neft bazarına necə təsir edir? 08/05/2026 İqtisadiyyat İran müharibəsi fonunda dünya ərzaq qiymətləri son üç ilin maksimumuna çatıb 08/05/2026 Texnologiya xəbərləri FT: “Anthropic” yayda dəyərinə görə “OpenAI”ni geridə qoya bilər 08/05/2026 Energetika Qəbələ yarımstansiyası 23 milyon manata yenidən qurulacaq 08/05/2026