Expressbankda Beynəlxalq Talassemiya Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Bank xəbərləri 08/05/2026 Paylaş FacebookXWhatsAppTelegram ®Expressbankda növbəti dəfə könüllü qanvermə aksiyası təşkil olunub. 8 May – Beynəlxalq Talassemiya Günü münasibətilə Bankın Baş Ofisində baş tutan aksiyanın əsas məqsədi talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən insanlara dəstək olmaq olub.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Respublika Qan Bankı ilə əməkdaşlıq çərçivəsində keçirilən aksiya zamanı donor olmaq istəyən əməkdaşlar əvvəlcə tibbi yoxlamadan keçirilib, həkimlərin rəyinə əsasən sağlamlıq göstəriciləri uyğun hesab edilən şəxslərdən qan götürülüb. Təşəbbüsə Bankın rəhbər heyəti və Baş ofis əməkdaşları ilə yanaşı paytaxt filiallarının əməkdaşları da qoşulub. Qeyd edək ki, qanvermə aksiyaları artıq uzun illərdir, Expressbankın korporativ sosial məsuliyyət fəaliyyətlərinin mühüm istiqamətlərindən biri kimi davam etdirilir. Bank gələcək dövrdə də cəmiyyət üçün faydalı sosial layihələrin həyata keçirilməsini planlaşdırır. Expressbank Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Şirvan, Qusar, Xaçmaz və Lənkəranda olmaqla, 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya Bankın “İnstagram”, “Facebook”, “LinkedIN” və “Telegram” sosial platformalarındakı rəsmi hesablarından tanış ola bilərsiniz. “Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C. Təcili kredit üçün bura keçid edin! TaglarExpressbank Son xəbərlər Texnologiya xəbərləri 2026-cı ildə qlobal İT xərcləri $6,3 trilyonu ötəcək 08/05/2026 Bank xəbərləri PAŞA Bank “Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgilərinin rəsmi bank tərəfdaşı olub 08/05/2026 Menecement (təyinatlar) PAŞA Holding-in yeni şirkətinə baş icraçı direktor təyin edildi 08/05/2026 Bank xəbərləri AccessBank, AmCham və Neurotime süni intellekt hakatonu təşkil edir 08/05/2026 Digər xəbərlər Texnologiya xəbərləri 2026-cı ildə qlobal İT xərcləri $6,3 trilyonu ötəcək 08/05/2026 Bank xəbərləri PAŞA Bank “Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgilərinin rəsmi bank tərəfdaşı olub 08/05/2026 Menecement (təyinatlar) PAŞA Holding-in yeni şirkətinə baş icraçı direktor təyin edildi 08/05/2026 Bank xəbərləri AccessBank, AmCham və Neurotime süni intellekt hakatonu təşkil edir 08/05/2026