PAŞA Holding-in yeni şirkətinə baş icraçı direktor təyin edildi Menecement (təyinatlar) 08/05/2026 Paylaş FacebookXWhatsAppTelegram PAŞA Holding struktur transformasiyası çərçivəsində “PAŞA Ventures Company” MMC-ni təsis edib. Banker.az xəbər verir ki, hüquqi baxımdan əvvəlki “PAŞA Management Company” əsasında formalaşdırılan yeni şirkət mahiyyət etibarilə fərqli fəaliyyət istiqamətinə malik olacaq və müxtəlif sahələrdə fəaliyyət göstərən aktivlərin mərkəzləşdirilmiş idarə edilməsini həyata keçirəcək.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “PAŞA Ventures Company” MMC-nin idarəçiliyi altında Saffron Restaurant Group, Blue Planet pərakəndə satış şirkəti, Caspian Entertainment və PAŞA Travel kimi aktivlər birləşdiriləcək. Şirkətin baş icraçı direktoru vəzifəsinə Elnur Əmikişiyev təyin olunub. O, 2020-ci ildən etibarən PAŞA Holding-də Xüsusi Layihələr üzrə Direktor və Ventures istiqaməti üzrə İcraçı Direktor vəzifələrində çalışıb. Əvvəl o, 23 il ərzində BP şirkətində Maliyyə və Kommersiya departamentində müxtəlif rəhbər vəzifələrdə çalışıb. Qeyd edək ki, bu dəyişiklikdən sonra PAŞA Holding-in strukturu üç alt-holdinqdən (aktivlər qrupu) ibarət olacaq: PAŞA Maliyyə Holding, PAŞA Real Estate və PAŞA Ventures. Bununla yanaşı, Holding çərçivəsində Agro Dairy və Bravo şirkətləri ayrıca vertikallar kimi fəaliyyətlərini davam etdirəcəklər. TaglarElnur ƏmikişiyevPAŞA Ventures Company Son xəbərlər Texnologiya xəbərləri 2026-cı ildə qlobal İT xərcləri $6,3 trilyonu ötəcək 08/05/2026 Bank xəbərləri PAŞA Bank “Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgilərinin rəsmi bank tərəfdaşı olub 08/05/2026 Bank xəbərləri Expressbankda Beynəlxalq Talassemiya Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib 08/05/2026 Bank xəbərləri AccessBank, AmCham və Neurotime süni intellekt hakatonu təşkil edir 08/05/2026 Digər xəbərlər Texnologiya xəbərləri 2026-cı ildə qlobal İT xərcləri $6,3 trilyonu ötəcək 08/05/2026 Bank xəbərləri PAŞA Bank “Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgilərinin rəsmi bank tərəfdaşı olub 08/05/2026 Bank xəbərləri Expressbankda Beynəlxalq Talassemiya Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib 08/05/2026 Bank xəbərləri AccessBank, AmCham və Neurotime süni intellekt hakatonu təşkil edir 08/05/2026