ABŞ bu gün müharibənin dayandırılmasına dair saziş layihəsinə İrandan cavab almağı gözləyir. "Report" xəbər verir ki, bu barədə bu gün İtaliyada jurnalistlərə ABŞ-nin dövlət katibi Marko Rubio bildirib. "Biz (ABŞ - red.) bu gün onlardan cavab gözləyirik. Son bir saat ərzində hələ ki cavab almamışıq. Ola bilsin ki, daha sonra bizə daxil olar. Onların sistemi hələ də parçalanmış və müəyyən dərəcədə qeyri-funksional olaraq qalır. Bu da maneə yaratmış ola bilər. Ümid edirəm ki, onlardan ciddi bir təklif gələcək. Çox ümid edirəm", - Rubio deyib.