Cinayət Məcəlləsinə yeni maddələr əlavə edildi – DTX araşdıracaq Ölkə daxili 08/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycan Prezidenti tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanununda dəyişiklik edilməsi barədə Qanun təsdiq edilib. Dəyişikliklərə görə, Cinayət Məcəlləsinə yeni 214-4-cü maddə əlavə olunub.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Həmin maddə terror təşkilatı yaratmağa və ya ona rəhbərlik etməyə görə ayrıca cinayət məsuliyyəti müəyyən edir. Bununla yanaşı, Cinayət Məcəlləsinin 282-ci (Təxribat) maddəsinin yeni redaksiyası müəyyən edilmişdir. Belə ki, artıq süni intellekt texnologiyalarından və xüsusi proqram təminatlarından istifadə etməklə əhalinin həyat təminatı və kritik informasiya infrastrukturu obyektlərinin, enerji və nəqliyyat infrastrukturunun, telekommunikasiya şəbəkələrinin normal fəaliyyətinin pozulmasına yönəlmiş əməllər də xüsusilə ağır cinayət olaraq təxribat cinayətləri hesab olunacaq. Eləcə də, Azərbaycan Respublikasının müdafiə qabiliyyətini, iqtisadi təhlükəsizliyini və elmi-texniki potensialını zəiflətmək məqsədilə müxtəlif üsullarla törədilmiş digər əməllər də təxribat hesab olunacaqdır. Azərbaycan Respublikası Prezidentinin 08.05.2026-cı il tarixli Fərmanı ilə sadalanan cinayətlərə görə ibtidai araşdırma aparmaq səlahiyyətinin Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə aid olduğu müəyyən edilib. MənbəQAFQAZİNFO TaglarCinayət MəcəlləsiDövlət Təhlükəsizliyi Xidməti (DTX) Son xəbərlər Nəqliyyat Tıxacı azaltmaq üçün bu yolda hərəkət dəyişikliyi ediləcək 08/05/2026 Ölkə daxili NATO baş katibinin xüsusi nümayəndəsi yaxın vaxtlarda Azərbaycana səfər edəcək 08/05/2026 Neft və Qaz SOCAR “Italiana Petroli” şirkətinin səhmlərinin alınması prosesini başa çatdırıb 08/05/2026 Əsas məlumatlar “Gələcəyin bankı AI üzərində qurulacaq” — ABB sədri Abbas İbrahimov 08/05/2026 Digər xəbərlər Nəqliyyat Tıxacı azaltmaq üçün bu yolda hərəkət dəyişikliyi ediləcək 08/05/2026 Ölkə daxili NATO baş katibinin xüsusi nümayəndəsi yaxın vaxtlarda Azərbaycana səfər edəcək 08/05/2026 Neft və Qaz SOCAR “Italiana Petroli” şirkətinin səhmlərinin alınması prosesini başa çatdırıb 08/05/2026 Əsas məlumatlar “Gələcəyin bankı AI üzərində qurulacaq” — ABB sədri Abbas İbrahimov 08/05/2026