Azərbaycanda ödəniş kartları ilə fırıldaqçılıq hallarının sayı kəskin artıb Bank xəbərləriÖlkə xarici 08/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Bu ilin I rübündə Azərbaycanda ödəniş kartları ilə ölkədaxili 1 milyon 350,5 min manatlıq 4 995 fırıldaqçılıq halı baş verib. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında bildirilib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Məlumata görə, bu, ötən ilin eyni dövrü lə müqayisədə müvafiq olaraq 3,1 dəfə çox və 5 dəfə çoxdur. Bundan başqa, hesabat dövründə ödəniş kartları ilə ölkəxarici fırıldaqçılıq hallarının dəyəri 73,1 % artaraq 325,3 min manat, sayı isə 64,1 % artaraq 6 020 olub. I rübdə ölkədaxili baş vermiş fırıldaqçılığın 21,4 %-i hesabın ələ keçirilməsi (47,4 faiz bəndi az), 78,6 %-i digər hallarla (47,4 faiz bəndi çox), ölkəxarici fırıldaqçılıq hallarının isə 60,2 %-i kartın fiziki iştirakı olmadan (20,4 faiz bəndi az), 39,8 %-i digər hallarla (20,4 faiz bəndi çox) bağlı olub. Yanvar-mart aylarında ölkədaxili fırıldaqçılığın 98,3 %-i (1,4 faiz bəndi çox) elektron ticarət və mobil tətbiq üzərindən, 1,7 %-i (1,4 faiz bəndi az) isə digər hallarda, ölkəxarici fırıldaqçılığın isə 80,6 %-i (9,2 faiz bəndi az) elektron ticarət və mobil tətbiq üzərindən, 19,4 %-i (9,2 faiz bəndi çox) isə digər hallarda baş verib. MənbəREPORT TaglarAzərbaycan Mərkəzi Bankı (AMB)ödəniş kartları Son xəbərlər Kənd təsərrüfatı Qlobal buğda istehsalı bu il azalacaq 08/05/2026 Nəqliyyat Tıxacı azaltmaq üçün bu yolda hərəkət dəyişikliyi ediləcək 08/05/2026 Ölkə daxili NATO baş katibinin xüsusi nümayəndəsi yaxın vaxtlarda Azərbaycana səfər edəcək 08/05/2026 Neft və Qaz SOCAR “Italiana Petroli” şirkətinin səhmlərinin alınması prosesini başa çatdırıb 08/05/2026 Digər xəbərlər Kənd təsərrüfatı Qlobal buğda istehsalı bu il azalacaq 08/05/2026 Nəqliyyat Tıxacı azaltmaq üçün bu yolda hərəkət dəyişikliyi ediləcək 08/05/2026 Ölkə daxili NATO baş katibinin xüsusi nümayəndəsi yaxın vaxtlarda Azərbaycana səfər edəcək 08/05/2026 Neft və Qaz SOCAR “Italiana Petroli” şirkətinin səhmlərinin alınması prosesini başa çatdırıb 08/05/2026