2026-cı ildə qlobal İT xərcləri $6,3 trilyonu ötəcək Texnologiya xəbərləri 08/05/2026 Paylaş FacebookXWhatsAppTelegram 2026-cı ildə qlobal informasiya texnologiyaları (İT) xərclərinin 13,5% artaraq $6,3 trilyonu keçəcəyi gözlənilir. Bu barədə “Gartner” tədqiqat şirkətinin press-relizində bildirilir. “Gartner”in aparıcı analitiki Con-David Lavlok hesab edir ki, bu proqnoz süni intellekt infrastrukturu və qabaqcıl yaddaş çipi texnologiyalarının sürətli inkişafını göstərir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Data mərkəzlərinə investisiyalar sürətlə artır və bu da yüksək məhsuldarlıqlı hesablama sistemlərinə tələbi yüksəldir. Bu dinamika süni intellekt üçün optimallaşdırılmış prosessorlar və texnologiyalar təklif edən şirkətlər üçün böyük artım imkanları yaradır”, — deyə Lavlok bildirib. Bu il ən yüksək artım tempinin data emalı mərkəzlərinə yönələn xərclərdə müşahidə olunacağı gözlənilir. “Gartner”in proqnozuna görə, bu seqment üzrə xərclər 55,8% artaraq $788 milyarda çatacaq. “Davamlı yüksək tələb və məhdud təklif yüksək sürətli yaddaş çiplərinin qiymətlərində rekord artıma səbəb olub”, — deyə Con-David Lavlok qeyd edib. Onun sözlərinə görə, bu sıçrayış yaddaş çipi istehsalını yarımkeçirici şirkətləri üçün ən gəlirli sahələrdən birinə çevirir. TaglarIT Son xəbərlər Kənd təsərrüfatı Qlobal buğda istehsalı bu il azalacaq 08/05/2026 Nəqliyyat Tıxacı azaltmaq üçün bu yolda hərəkət dəyişikliyi ediləcək 08/05/2026 Ölkə daxili NATO baş katibinin xüsusi nümayəndəsi yaxın vaxtlarda Azərbaycana səfər edəcək 08/05/2026 Neft və Qaz SOCAR “Italiana Petroli” şirkətinin səhmlərinin alınması prosesini başa çatdırıb 08/05/2026 Digər xəbərlər Kənd təsərrüfatı Qlobal buğda istehsalı bu il azalacaq 08/05/2026 Nəqliyyat Tıxacı azaltmaq üçün bu yolda hərəkət dəyişikliyi ediləcək 08/05/2026 Ölkə daxili NATO baş katibinin xüsusi nümayəndəsi yaxın vaxtlarda Azərbaycana səfər edəcək 08/05/2026 Neft və Qaz SOCAR “Italiana Petroli” şirkətinin səhmlərinin alınması prosesini başa çatdırıb 08/05/2026