Tıxacı azaltmaq üçün bu yolda hərəkət dəyişikliyi ediləcək Nəqliyyat 08/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Bakıda Əbdüləzəl Dəmirçizadə küçəsi ilə Xətai prospektinin kəsişməsində hərəkətin təşkilində dəyişiklik ediləcək. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Məlumata görə, Ə.Dəmirçizadə küçəsində mövcud hərəkət istiqaməti əksinə dəyişdiriləcək və Təbriz küçəsi istiqamətində birtərəfli hərəkət rejimi tətbiq olunacaq. Bu zaman Ə.Dəmirçizadə küçəsinin Təbriz küçəsi ilə kəsişməsindən Qarabağ küçəsi ilə kəsişməsinədək nəqliyyat əlçatanlığının təmin edilməsi məqsədilə ikitərəfli hərəkət saxlanılacaq. Sözügedən yol sahəsində Qarabağ küçəsi ilə kəsişmədən Xətai prospekti istiqamətində avtobus zolağının təşkili nəzərdə tutulur. Nəticədə Ə.Dəmirçizadə küçəsi ilə Xətai prospektinin kəsişməsində buraxıcılıq qabiliyyətini artırmaq üçün 3 fazalı işıqfor tənzimlənməsi 2 fazalı tənzimlənmə ilə əvəzlənəcək. Yəni öncə nəqliyyat vasitələri kəsişmədə 80 saniyə gözləməli olurdularsa, artıq bu vaxt 40 saniyəyə kimi enəcək. Layihə icra olunduqdan sonra xüsusilə pik saatlarda həm Koroğlu Rəhimov küçəsi ilə düşən axının sürəti artacaq, həm Yusif Səfərov küçəsindən gələn axının tunelə girişində yaranan növbə qısalacaq. Bununla da Yusif Səfərov küçəsində pik saatlarda yaranan sıxlıq azalacaq, həmçinin Xətai prospekti ilə gələn nəqliyyat vasitələri kəsişmədə daha az gözləməli olacaqlar. MənbəXezerxeber.az TaglarAzərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)Əbdüləzəl Dəmirçizadə küçəsitıxacXətai prospekti Son xəbərlər Nəqliyyat Bakının iki mərkəzi küçəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq 08/05/2026 Kənd təsərrüfatı Qlobal buğda istehsalı bu il azalacaq 08/05/2026 Ölkə daxili NATO baş katibinin xüsusi nümayəndəsi yaxın vaxtlarda Azərbaycana səfər edəcək 08/05/2026 Neft və Qaz SOCAR “Italiana Petroli” şirkətinin səhmlərinin alınması prosesini başa çatdırıb 08/05/2026 Digər xəbərlər Nəqliyyat Bakının iki mərkəzi küçəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq 08/05/2026 Kənd təsərrüfatı Qlobal buğda istehsalı bu il azalacaq 08/05/2026 Ölkə daxili NATO baş katibinin xüsusi nümayəndəsi yaxın vaxtlarda Azərbaycana səfər edəcək 08/05/2026 Neft və Qaz SOCAR “Italiana Petroli” şirkətinin səhmlərinin alınması prosesini başa çatdırıb 08/05/2026