Ağdam-Xankəndi dəmir yolu xətti üzrə işlərin bu ilin sonuna qədər tamamlanması nəzərdə tutulub Nəqliyyat 08/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Bu ilin sonuna qədər Ağdam-Xankəndi dəmir yolu xəttinin tamamlanması işləri nəzərdə tutulub. Bu, Bakı-Ağdam qatarının Bakı-Xankəndi qatarı ilə əvəzlənməsinə imkan verəcək. Bunu “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmov deyib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Burada bir məqamı diqqətə çatdırmaq istərdim ki, Bakıdan Ağdama qədər olan qatar reysini 32 kilometrlik Yevlax-Bərdə sahəsində 1960-cı illərin yolundan istifadə etməklə həyata keçiririk. Bu isə həm təhlükəsizlik, həm də komfort baxımından geri qalır. Ona görə artıq Yevlaxdan Bərdəyə qədər olan yolun tam müasirləşdirilməsinə başlayırıq ki, Ağdam-Xankəndi yolu hazır olduğu təqdirdə biz Bakıdan Xankəndiyə qədər sərnişinlərimizi daha rahat və təhlükəsiz şəkildə çatdıra bilək. Ona görə də bu aydan etibarən Bakı-Ağdam qatarının fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq və infrastruktur quruculuğundan sonra yolun tam təhlükəsiz şəkildə istismara verilməsi nəzərdə tutulub. Bundan əlavə, şimal istiqamətində elektrik və işarəvermə işləri bitdikdən sonra sərnişindaşıma coğrafiyamızın regionlararası istiqamətdə daha da genişləndirilməsi üçün gündəlik qatar marşrutunun açılması, eləcə də Bakı-Xankəndi gündəlik qatar marşrutunun istifadəyə verilməsi və digər regionlar istiqamətində qatarların coğrafiyasının genişləndirilməsi, qatarların sayının artırılması nəzərdə tutulub”, – deyə Rövşən Rüstəmov vurğulayıb. MənbəAZƏRTAC TaglarAğdam-Xankəndi dəmir yoluAzərbaycan Dəmir YollarıRövşən Rüstəmov Son xəbərlər Bank xəbərləri ABB bu il də səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək! 08/05/2026 Nəqliyyat Bakının iki mərkəzi küçəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq 08/05/2026 Kənd təsərrüfatı Qlobal buğda istehsalı bu il azalacaq 08/05/2026 Nəqliyyat Tıxacı azaltmaq üçün bu yolda hərəkət dəyişikliyi ediləcək 08/05/2026 Digər xəbərlər Bank xəbərləri ABB bu il də səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək! 08/05/2026 Nəqliyyat Bakının iki mərkəzi küçəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq 08/05/2026 Kənd təsərrüfatı Qlobal buğda istehsalı bu il azalacaq 08/05/2026 Nəqliyyat Tıxacı azaltmaq üçün bu yolda hərəkət dəyişikliyi ediləcək 08/05/2026