Bakıda 7 avtobus marşrutunun hərəkət istiqaməti dəyişdirilib Nəqliyyat 09/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Bakıda aparılan təmir işləri ilə əlaqədar 7 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti müvəqqəti dəyişdirilib. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Məlumata görə, paytaxtın Abbas Mirzə Şərifzadə küçəsində Nazim Hikmət küçəsindən İsfəndiyar Zulalov küçəsinədək, eləcə də Səməd Vurğun küçəsində Abbasqulu ağa Bakıxanov küçəsindən Füzuli küçəsinədək 9-11 may tarixlərində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. Məhdudiyyət səbəbindən 39, 77, 96, 165 və 205 nömrəli marşrut avtobusları alternativ olaraq Nazim Hikmət küçəsi və Mətbuat prospekti ilə hərəkət edir. 61 və 88A nömrəli marşrut avtobusları isə müvəqqəti olaraq Azadlıq prospekti istiqamətinə yönləndirilib. MənbəAPA TaglaravtobusAzərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Son xəbərlər Xarici biznes xəbərləri Varlılar Mamdaniyə görə şəhəri tərk edir 09/05/2026 Ölkə xarici Çinin ixracı rekord səviyyəyə çatıb 09/05/2026 Ümumi iqtisadi xəbərlər Bu gün Azərbaycandan Ermənistana 8 vaqon dizel yanacağı göndəriləcək 09/05/2026 Turizm Bu kəndə köçənlərə 44 min avro veriləcək 09/05/2026 Digər xəbərlər Xarici biznes xəbərləri Varlılar Mamdaniyə görə şəhəri tərk edir 09/05/2026 Ölkə xarici Çinin ixracı rekord səviyyəyə çatıb 09/05/2026 Ümumi iqtisadi xəbərlər Bu gün Azərbaycandan Ermənistana 8 vaqon dizel yanacağı göndəriləcək 09/05/2026 Turizm Bu kəndə köçənlərə 44 min avro veriləcək 09/05/2026