Bu kəndə köçənlərə 44 min avro veriləcək Turizm 09/05/2026 Paylaş FacebookXWhatsAppTelegram İtaliyanın açıqcalara bənzəyən orta əsr kəndi olan Santo Stefano di Sessanio azalan əhali probleminin qarşısını almaq üçün yeni sakinlərə maliyyə dəstəyi verməyə hazırlaşır. Hazırda cəmi 115 nəfərin yaşadığı kəndə köçənlər üçün ümumi dəyəri 44 min avroya çatan (təxminən 88 min manat) dəstək paketi təqdim olunur.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Abruzzo bölgəsində yerləşən bu tarixi yaşayış məntəqəsi yalnız möhtəşəm mənzərəsi ilə deyil, həm də təklif etdiyi imkanlarla diqqət çəkir. Yerli bələdiyyə iqtisadiyyatı canlandırmaq və kəndə yeni həyat gətirmək məqsədilə müxtəlif güzəştlər elan edib. Təklif olunan dəstək paketinə 3 il ərzində hər il 8 min avroya qədər maddi yardım (ümumilikdə 24 min avro), kənddə biznes qurmaq istəyənlərə 20 min avroya qədər birdəfəlik subsidiya və bələdiyyəyə məxsus evlərin çox aşağı qiymətlərlə kirayəyə verilməsi daxildir. Kənd dünyada “yayılmış hotel” modeli ilə tanınır. Bu sistemdə bərpa olunan tarixi evlər hotel otaqları kimi istifadə edilir və turistlərə fərqli təcrübə təqdim olunur. Dəniz səviyyəsindən 1250 metr yüksəklikdə, “Gran Sasso and Monti della Laga National Park” ərazisində yerləşən kənd orta əsr atmosferini bugünədək qoruyub saxlayır. Proqramdan yararlanmaq istəyənlər üçün əsas şərtlər 18-40 yaş arasında olmaq, İtaliya və ya Avropa İttifaqı vətəndaşı olmaq, yaxud Aİ-də uzunmüddətli yaşayış icazəsinə sahib olmaq, ən azı 5 il kənddə yaşamaq və peşə fəaliyyəti ilə məşğul olmaqdır. Layihə çərçivəsində xüsusilə turizm, kiçik ticarət və yerli xidmət sahələrində çalışacaq şəxslərə üstünlük veriləcəyi bildirilir. MənbəQAFQAZİNFO TaglarİtaliyaSanto Stefano di Sessanio Son xəbərlər Xarici biznes xəbərləri Varlılar Mamdaniyə görə şəhəri tərk edir 09/05/2026 Ölkə xarici Çinin ixracı rekord səviyyəyə çatıb 09/05/2026 Nəqliyyat Bakıda 7 avtobus marşrutunun hərəkət istiqaməti dəyişdirilib 09/05/2026 Ümumi iqtisadi xəbərlər Bu gün Azərbaycandan Ermənistana 8 vaqon dizel yanacağı göndəriləcək 09/05/2026 Digər xəbərlər Xarici biznes xəbərləri Varlılar Mamdaniyə görə şəhəri tərk edir 09/05/2026 Ölkə xarici Çinin ixracı rekord səviyyəyə çatıb 09/05/2026 Nəqliyyat Bakıda 7 avtobus marşrutunun hərəkət istiqaməti dəyişdirilib 09/05/2026 Ümumi iqtisadi xəbərlər Bu gün Azərbaycandan Ermənistana 8 vaqon dizel yanacağı göndəriləcək 09/05/2026