Hörmüzün bağlanması “Toyota” şirkətinə milyardlarla dollar ziyan vurub Avto xəbərlər 09/05/2026 Paylaş FacebookXWhatsAppTelegram “Toyota” şirkəti İrandakı münaqişənin nəticələrinin ona təxminən 4,3 milyard dollara başa gələcəyini gözləyir. Yapon avtomobil istehsalçısı rüblük mənfəətinin təxminən 50 faiz azaldığını açıqlayıb və artan xərclər səbəbindən bu göstəricinin il boyu aşağı düşəcəyini xəbərdar edib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Şirkət vurğulayır ki, enerji böhranı fonunda qənaətcil hibrid avtomobillərə tələbat artır. Avtokonsernin proqnozuna görə, bu il onların satışları tarixdə ilk dəfə 5 milyon ədədi ötəcək. Lakin bu istiqamətdən əldə olunan gəlirlər belə, Hörmüz boğazının bağlanması səbəbindən yaranan tədarük problemlərindən doğan zərərləri kompensasiya etmir. Şirkətin birinci rübdə əməliyyat mənfəəti 3,6 milyard dollar təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə demək olar ki, iki dəfə azdır. Şirkət 2026-cı ilin yekununda 19 milyard dollar gəlir əldə etməyi planlaşdırır. Bu isə analitiklərin verdiyi proqnozdan üç dəfədən çox aşağıdır. MənbəTREND TaglarHörmüz boğazıToyota Son xəbərlər Xarici biznes xəbərləri Varlılar Mamdaniyə görə şəhəri tərk edir 09/05/2026 Ölkə xarici Çinin ixracı rekord səviyyəyə çatıb 09/05/2026 Nəqliyyat Bakıda 7 avtobus marşrutunun hərəkət istiqaməti dəyişdirilib 09/05/2026 Ümumi iqtisadi xəbərlər Bu gün Azərbaycandan Ermənistana 8 vaqon dizel yanacağı göndəriləcək 09/05/2026 Digər xəbərlər Xarici biznes xəbərləri Varlılar Mamdaniyə görə şəhəri tərk edir 09/05/2026 Ölkə xarici Çinin ixracı rekord səviyyəyə çatıb 09/05/2026 Nəqliyyat Bakıda 7 avtobus marşrutunun hərəkət istiqaməti dəyişdirilib 09/05/2026 Ümumi iqtisadi xəbərlər Bu gün Azərbaycandan Ermənistana 8 vaqon dizel yanacağı göndəriləcək 09/05/2026