Kamçatkanın şərq sahilləri yaxınlığında 5,8 maqnitudalı zəlzələ qeydə alınıb. "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb. Yeraltı təkanların episentri Petropavlovsk-Kamçatskidən 1428 km şərqdə yerləşib. Zəlzələ ocağı 26 km dərinlikdə olub.