Azərbaycanın iki cüdoçusu Qazaxıstanın paytaxtı Astanada keçirilən "Böyük Dəbilqə" turnirində bu gün mübarizəyə qoşulacaq. "Report"un məlumatına görə, 1/8 finalda Rəşid Məmmədəliyev (73 kq) Yersultan Duysenxan (Qazaxıstan) / Arun Kumar (Hindistan) cütünün qalibi ilə üz-üzə gələcək. 70 kq çəki dərəcəsində yarışan Südabə Ağayeva isə sözügedən mərhələdə almaniyalı Miriam Butkereytlə münasibətlərə aydınlıq gətirəcək. Xatırladaq ki, "Böyük Dəbilqə" turniri mayın 10-da başa çatacaq.