Varlılar Mamdaniyə görə şəhəri tərk edir Xarici biznes xəbərləri 09/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Nyu-York meri Zöhran Mamdaninin siyasəti səbəbindən milyarderlər şəhəri tərk etməyə başlayıb. Şəhərin biznes dairələri isə varlı investorları və böyük şirkətləri Nyu-Yorkda saxlamaq üçün kampaniyaya start verib. “New York Post”un məlumatına görə, Nyu-Yorkun biznes icması və yerli idarəçilər milyarder iş adamlarının sərmayələri, böyük şirkətləri və minlərlə iş yeri ilə birlikdə şəhəri tərk etməsinin qarşısını almağa çalışırlar.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Mer Mamdaninin radikal iqtisadi siyasətinin artıq sərvət itkisinə görə ölkədə ilk sıralarda yer alan Nyu-York ştatında bu prosesi daha da sürətləndirə biləcəyi ilə bağlı narahatlıqlar artır. Ken Qriffin və Mark Rouan kimi maliyyə sektorunun tanınmış simalarının fəaliyyətlərini Nyu-Yorkdan başqa şəhərlərə köçürmək qərarı biznes mühitində ciddi rezonans doğurub. Bir çox şirkətin siyasi mühiti “biznesə qarşı” hesab etdiyi və buna görə şəhəri tərk etməyə hazırlaşdığı bildirilir. Bu tendensiyanın qarşısını almaq məqsədilə Endryu Mörstin “Boomerang Operation” adlı kampaniyaya start verib. Kampaniyanın məqsədi biznes nümayəndələrini və investorları şəhərdə qalmağa təşviq etməkdir. Mamdaninin “varlılardan daha çox vergi alınması” ilə bağlı mövqeyi və sol yönümlü iqtisadi yanaşması Nyu-Yorkun qlobal maliyyə mərkəzi statusuna təhlükə kimi qiymətləndirilir. Xüsusilə onun seçki kampaniyasında Ken Qriffinə məxsus 238 milyon dollarlıq lüks mənzilin görüntülərindən istifadə etməsi geniş müzakirələrə səbəb olub. Keçmiş mer Erik Adams isə iri investorlarla görüşərək onların şəhəri tərk etməməsi üçün çağırış edib. MənbəQAFQAZİNFO TaglarNyu-YorkZöhran Mamdani Son xəbərlər Neft və Qaz “Fitch”: Hörmüz gərginliyi ilə bağlı neftin qiyməti iyula kimi 110 dollar civarında olacaq 09/05/2026 Texnologiya xəbərləri “Apple” qulaqlıqlara kamera yerləşdirəcək 09/05/2026 Ölkə xarici Çinin ixracı rekord səviyyəyə çatıb 09/05/2026 Nəqliyyat Bakıda 7 avtobus marşrutunun hərəkət istiqaməti dəyişdirilib 09/05/2026 Digər xəbərlər Neft və Qaz “Fitch”: Hörmüz gərginliyi ilə bağlı neftin qiyməti iyula kimi 110 dollar civarında olacaq 09/05/2026 Texnologiya xəbərləri “Apple” qulaqlıqlara kamera yerləşdirəcək 09/05/2026 Ölkə xarici Çinin ixracı rekord səviyyəyə çatıb 09/05/2026 Nəqliyyat Bakıda 7 avtobus marşrutunun hərəkət istiqaməti dəyişdirilib 09/05/2026