Prezident: “Xudafərin”, “Qız Qalası” su anbarlarının suyundan da istifadə edəcəyik Ölkə daxili 09/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Cəbrayılda bizim ən böyük Günəş elektrik stansiyaları inşa edilir – üç stansiya, ümumi gücü 340 meqavat. Bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 9-da Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşündə deyib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Yəni bu gün 340 meqavatla bütün Qarabağı işıqlandırmaq olar. Amma nəzərə alsaq ki, biz artıq Zəngilanda, Laçında, Kəlbəcərdə 300 meqavatdan çox su elektrik stansiyaları işə salmışıq, təqribən bir-iki il ərzində bu bölgənin Günəş və su potensialı elektrik istehsalı üçün 700 meqavata yaxın olacaq. Yəni bu, ölkə üçün, məşğulluq üçün çox böyük xeyir gətirəcək. Yəni azad edilmiş bütün bu ərazilər ölkəmizin bütün başqa əraziləri ilə bağlanır – yollarla, hava limanları ilə, elektrik və su xətləri ilə. İndi “Xudafərin”, “Qız Qalası” su anbarlarının suyundan da istifadə edəcəyik, orada elektrikdən də istifadə edəcəyik”, – Prezident İlham Əliyev bildirib. MənbəTREND Taglarİlham ƏliyevQız qalasıXudafərin Son xəbərlər Texnologiya xəbərləri “Apple” və “Intel” razılığa gəlib 09/05/2026 Kənd təsərrüfatı İlham Əliyev: Bu torpaqları canlandırmaq üçün bəlkə də 5-10 il vaxt lazımdır 09/05/2026 Neft və Qaz OPEC+ ölkələri son görüşdə yalnız kvotaların artırılmasını müzakirə ediblər 09/05/2026 Nəqliyyat Qars-Bakı birbaşa aviareyslərinin açılması müzakirə olunur 09/05/2026 Digər xəbərlər Texnologiya xəbərləri “Apple” və “Intel” razılığa gəlib 09/05/2026 Kənd təsərrüfatı İlham Əliyev: Bu torpaqları canlandırmaq üçün bəlkə də 5-10 il vaxt lazımdır 09/05/2026 Neft və Qaz OPEC+ ölkələri son görüşdə yalnız kvotaların artırılmasını müzakirə ediblər 09/05/2026 Nəqliyyat Qars-Bakı birbaşa aviareyslərinin açılması müzakirə olunur 09/05/2026