Cəbrayılın Şükürbəyli kəndinin ikinci mərhələsi də nəzərdə tutulur Ölkə daxili 09/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Cəbrayıl rayonunun Şükürbəyli kəndinin ikinci mərhələsi də nəzərdə tutulur. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev mayın 9-da Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşündə məlumat verib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Dövlət başçısı qeyd edib ki, indi Cəbrayıl rayonunda bir neçə min insan yaşayır: “İlk növbədə, Cəbrayıl şəhərində, – şəhərin mərkəzi də buradan o qədər də uzaq deyil, – ondan sonra Horovlu kəndində, Cocuq Mərcanlıda. Aprel döyüşlərindən sonra biz o kəndi yenidən qurduq. Ən çox insanlar burada yaşayacaq, hələlik 635 ev. Amma mənə verilən məlumata görə, köçmək, qayıtmaq istəyənlərin sayı daha çoxdur, təqribən 900-dən çoxdur. Ona görə kəndin ikinci mərhələsini də biz nəzərdə tuturuq”. Xatırladaq ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Cəbrayıl rayonunun Şükürbəyli kəndinin açılışında iştirak ediblər. Kəndə rayonun Şıxalıağalı, Dəjəl kəndlərinin və Mahmudlu qəsəbəsinin sakinləri də daxil olmaqla, ümumilikdə 2522 nəfərin (615 ailə) köçürülməsi planlaşdırılır. İlkin mərhələdə 635 fərdi ev istifadəyə verilib. Onlardan 615-i sakinlər, 20-si isə xidməti istifadə üçündür. Evlər 2, 3, 4 və 5 otaqlıdır. MənbəREPORT TaglarCəbrayılın Şükürbəyli kəndiİlham Əliyev Son xəbərlər Texnologiya xəbərləri “Apple” və “Intel” razılığa gəlib 09/05/2026 Kənd təsərrüfatı İlham Əliyev: Bu torpaqları canlandırmaq üçün bəlkə də 5-10 il vaxt lazımdır 09/05/2026 Neft və Qaz OPEC+ ölkələri son görüşdə yalnız kvotaların artırılmasını müzakirə ediblər 09/05/2026 Nəqliyyat Qars-Bakı birbaşa aviareyslərinin açılması müzakirə olunur 09/05/2026 Digər xəbərlər Texnologiya xəbərləri “Apple” və “Intel” razılığa gəlib 09/05/2026 Kənd təsərrüfatı İlham Əliyev: Bu torpaqları canlandırmaq üçün bəlkə də 5-10 il vaxt lazımdır 09/05/2026 Neft və Qaz OPEC+ ölkələri son görüşdə yalnız kvotaların artırılmasını müzakirə ediblər 09/05/2026 Nəqliyyat Qars-Bakı birbaşa aviareyslərinin açılması müzakirə olunur 09/05/2026