Zəngilanın Ağalı kəndində yığılan meyvələr xarici bazarlara çıxarılır Aqrarbiznes 10/05/2026 Paylaş FacebookXWhatsAppTelegram “İndi texnologiyalar daha da inkişaf edib. Müasir intensiv bağçılıq texnologiyaları var”. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə söhbəti zamanı deyib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Baxın, qonşuluqda yerləşən Ağalı kəndinə (Zəngilan rayonunda Azərbaycanın ilk ağıllı kəndi – Qeyd). Orada böyük bağ salınıb. İndi mənə məlumat verirlər ki, oradan yığılan meyvələri xaricə də satırlar. Ona görə bağçılıq, üzümçülük, taxılçılıq, baramaçılıq, heyvandarlıq dövlətin dəstəyi ilə inkişaf etməlidir”, – deyə Dövlət başçısı əlavə edib. Dövlət başçısı əlavə edib ki, Soltanlıda indi yarımstansiya və aqroparklar açılır: “Müharibə zamanı Soltanlı uğrunda gedən döyüşlər ən şiddətli döyüşlərdən idi. Orada ermənilər güclü istehkamlar qurmuşdular. Soltanlı uğrunda şəhidlərimiz də olub. Ancaq o kəndi biz azad edəndən sonra daha sürətlə irəli getdik. Orada, yəni bax, bu bölgədə, – Arazboyu bölgəsində, – bəlkə də birinci Füzulinin o Qaraxanbəyli kəndi, sonra Mərcanlı idi ki, biz birinci o xətti oradan yarıb keçdik. Sonra ən şiddətli döyüşlər Soltanlıda getmişdi. Bütün bu torpaqlar bizim qəhrəmanlıq simvolumuzdur”. MənbəREPORT TaglarAğalı kəndiİlham Əliyevmeyvə ixracı Son xəbərlər Ölkə daxili Ceyhun Bayramov: İran Azərbaycana atılan dronlarla bağlı məsələnin araşdırılması barədə söz verib 10/05/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycandan Ermənistana daha 16 vaqon dizel ixrac olunub 10/05/2026 Neft və Qaz Yaxın Şərqdə davam edən münaqişə səbəbindən qlobal neft ehtiyatları sürətlə azalır 10/05/2026 Ölkə xarici Putin Zelenski ilə üçüncü bir ölkədə görüşməyə hazırdır 10/05/2026 Digər xəbərlər Ölkə daxili Ceyhun Bayramov: İran Azərbaycana atılan dronlarla bağlı məsələnin araşdırılması barədə söz verib 10/05/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycandan Ermənistana daha 16 vaqon dizel ixrac olunub 10/05/2026 Neft və Qaz Yaxın Şərqdə davam edən münaqişə səbəbindən qlobal neft ehtiyatları sürətlə azalır 10/05/2026 Ölkə xarici Putin Zelenski ilə üçüncü bir ölkədə görüşməyə hazırdır 10/05/2026