Bu ölkə süni intellekti Konstitusiyaya daxil edəcək Texnologiya xəbərləri 10/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Yunanıstan hökuməti süni intellektlə bağlı müddəaların ölkə Konstitusiyasına daxil edilməsini nəzərdən keçirir. Təşəbbüsün əsas məqsədi texnologiyanın insan maraqlarına və demokratik dəyərlərə xidmət etməsini təmin etməkdir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis parlamentdə çıxışı zamanı bildirib ki, süni intellekt insan azadlıqlarını və cəmiyyətin rifahını qorumağa xidmət etməli, eyni zamanda, mümkün risklər nəzarətdə saxlanmalıdır. Onun sözlərinə görə, gələcək nəsillərin təhlükəsizliyi baxımından texnologiyanın inkişafı hüquqi çərçivələrlə müşayiət olunmalıdır. Məlumatda vurğulanır ki, Yunanıstan hökuməti demokratik institutların qorunması və rəqəmsal təhlükəsizlik məsələlərini Konstitusiya dəyişikliklərinin əsas istiqamətlərindən biri hesab edir. Təklif olunan dəyişikliklərə görə, süni intellektin tətbiqi zamanı insan hüquqları, fərdi azadlıqlar və dövlət nəzarəti prinsipləri qorunmalıdır. Rəsmi Afina bu addımla Avropada süni intellektin hüquqi tənzimlənməsi istiqamətində öncül ölkələrdən birinə çevrilməyə çalışır. Analitiklər hesab edirlər ki, texnologiyanın sürətli inkişafı fonunda dövlətlərin konstitusiya səviyyəsində yeni mexanizmlər hazırlaması yaxın illərdə daha geniş yayılacaq tendensiyaya çevrilə bilər. MənbəXezerxeber.az TaglarKonstitusiyasüni intellektYunanıstan Son xəbərlər Aqrarbiznes Bərdədə soğanın qiyməti əkinçilərin “gözünü yaşardır” – “30 kiloluq kisəni 2 manata alan yoxdur…” 10/05/2026 Ölkə xarici İran ABŞ-ın təkliflərinə cavabını göndərib 10/05/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycan son 20 ildə Gürcüstanda layihələrin icrasına 80 milyon dollardan artıq maliyyə ayırıb 10/05/2026 Neft və Qaz “Saudi Aramco”: Dünya bazarı son iki ay ərzində 1 milyard barel neftdən məhrum olub 10/05/2026 Digər xəbərlər Aqrarbiznes Bərdədə soğanın qiyməti əkinçilərin “gözünü yaşardır” – “30 kiloluq kisəni 2 manata alan yoxdur…” 10/05/2026 Ölkə xarici İran ABŞ-ın təkliflərinə cavabını göndərib 10/05/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycan son 20 ildə Gürcüstanda layihələrin icrasına 80 milyon dollardan artıq maliyyə ayırıb 10/05/2026 Neft və Qaz “Saudi Aramco”: Dünya bazarı son iki ay ərzində 1 milyard barel neftdən məhrum olub 10/05/2026