Avropanın avtomobil istehsalçıları ABŞ-nin rüsumlarına görə 8 milyard avro itirib Avto xəbərlər 10/05/2026 Paylaş FacebookXWhatsAppTelegram ABŞ-nin Avropa İttifaqından (Aİ) avtomobil idxalına artırılmış rüsumlar tətbiq etməsindən sonra Avropa avtomobil sənayesinin zərəri 8 milyard avronu ötüb. Bu barədə “Financial Times” (FT) qəzeti məlumat yayıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Qeyd edilib ki, ötən ilin və cari ilin ilk üç ayının yekunlarına görə, ən böyük zərəri itkilərini 3,6 milyard avro olaraq qiymətləndirən “Volkswagen” konserni görüb. “BMW” təxminən 2,1 milyard avro, “Mercedes-Benz” 1,3 milyard avro itirib, “Stellantis”in xərcləri isə təqribən 1,2 milyard avro təşkil edib. Analitiklər hesab edirlər ki, rüsumların yenidən 25 %-ə qədər artırılacağı halda, Almaniyanın “Volkswagen”, “BMW” və “Mercedes-Benz” avtokonsernləri artıq 2026-cı ildə əlavə olaraq təxminən 2,6 milyard avro itirə bilər. Bununla yanaşı, Avropa avtomobil sənayesi Vaşinqton və Brüssel arasında ticarət qarşıdurmasının ehtimal olunan yeni mərhələsinə hazırlaşır. ABŞ 2025-ci ilin aprelində Avropa avtomobillərinə rüsumları 2,5 %-dən 27,5 %-ə qaldırıb. Həmin ilin avqustunda ABŞ və Aİ arasında ticarət sazişi bağlandıqdan sonra dərəcə 15 %-ə endirilib. Lakin 2026-cı il mayın 1-də ABŞ Prezidenti Donald Tramp bu qərarı avropalı tərəfdaşların öhdəliklərini lazımi səviyyədə yerinə yetirməməsi ilə izah edərək Aİ-dən idxal edilən minik və yük avtomobilləri üçün rüsumların 25 %-ə qədər artırıldığını elan edib. Almaniya Kansleri Fridrix Merts rüsumların artırılmasının Avropa iqtisadiyyatı və avtomobil sənayesi üçün ciddi zərbə olacağını bildirib. O qeyd edib ki, ABŞ Aİ ilə yeni ticarət sazişinə hazırdır, ancaq Avropa ölkələri hələ ki vahid mövqe formalaşdıra bilməyib. Merts 2026-cı ilin yayında G7 və NATO sammitlərində bu məsələni Trampla müzakirə etməyi nəzərdə tutur. MənbəREPORT TaglarAvropa İttifaqı (Aİ)avtomobil Son xəbərlər Aqrarbiznes Bərdədə soğanın qiyməti əkinçilərin “gözünü yaşardır” – “30 kiloluq kisəni 2 manata alan yoxdur…” 10/05/2026 Texnologiya xəbərləri Bu ölkə süni intellekti Konstitusiyaya daxil edəcək 10/05/2026 Ölkə xarici İran ABŞ-ın təkliflərinə cavabını göndərib 10/05/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycan son 20 ildə Gürcüstanda layihələrin icrasına 80 milyon dollardan artıq maliyyə ayırıb 10/05/2026 Digər xəbərlər Aqrarbiznes Bərdədə soğanın qiyməti əkinçilərin “gözünü yaşardır” – “30 kiloluq kisəni 2 manata alan yoxdur…” 10/05/2026 Texnologiya xəbərləri Bu ölkə süni intellekti Konstitusiyaya daxil edəcək 10/05/2026 Ölkə xarici İran ABŞ-ın təkliflərinə cavabını göndərib 10/05/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycan son 20 ildə Gürcüstanda layihələrin icrasına 80 milyon dollardan artıq maliyyə ayırıb 10/05/2026