IMF Azərbaycan neftinin qiyməti ilə bağlı proqnozunu kəskin artırıb Neft və Qaz 11/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Beynəlxalq Valyuta Fondu (IMF) Azərbaycan neftinin qiyməti ilə bağlı proqnozunu kəskin artırıb. BVF-nin fevral ayında dərc olunan missiya bəyanatında 2026-cı il üçün Azərbaycan neftinin orta qiyməti 66,7 ABŞ dolları səviyyəsində proqnozlaşdırılıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Aprelin sonunda İcraçı Şuranın təsdiqlədiyi yekun hesabatda isə bu göstərici 84,2 ABŞ dollarına yüksəldilib. Beləliklə, 2026-cı il üzrə proqnoz 17,5 ABŞ dolları və ya 26,2% artırılıb. Fond 2027-ci il üzrə proqnozu 64,9 dollardan 78 dollara, 2028-ci il üzrə 65,4 dollardan 76,2 dollara, 2029-cu il üzrə 66,4 dollardan 75,9 dollara, 2030-cu il üzrə 67,2 dollardan 75,7 dollara, 2031-ci il üzrə isə 68,5 dollardan 77,2 dollara yüksəldib. IMF qeyd edib ki, qiymət fərziyyələri Dünya İqtisadi Proqnozu (WEO) üzrə baza ssenarisinə və hər barel üçün əlavə 2-3 ABŞ dolları premiuma əsaslanır. Bu premium Azərbaycanın əsas ixrac markası olan “Azeri Light” neftinin Brent markasından adətən daha yüksək qiymətə satılmasını əks etdirir. Proqnozların kəskin artırılması qlobal neft bazarında Yaxın Şərqdə geosiyasi risklərin güclənməsi və xüsusilə Hörmüz boğazı ətrafında yaranan qeyri-müəyyənlik fonunda IMF-in beynəlxalq neft qiyməti gözləntilərini yenidən nəzərdən keçirməsi ilə bağlıdır. MənbəAPA TaglarAzərbaycan neftiBeynəlxalq Valyuta Fondu (BVF) Son xəbərlər Neft və Qaz IMF: Azərbaycan qazının orta qiyməti bu il 522 dollara çatacaq 11/05/2026 Ölkə daxili Satıcılar sizi belə aldadır – Diqqətli olun! 11/05/2026 Ölkə xarici Paşinyan: “Qarabağı itirməmişik, onsuz da bizim deyildi” 11/05/2026 Bank xəbərləri Azərbaycanda bank işçiləri ilə bağlı qərar: Yeni imtahanlara cəlb olunacaqlar 11/05/2026 Digər xəbərlər Neft və Qaz IMF: Azərbaycan qazının orta qiyməti bu il 522 dollara çatacaq 11/05/2026 Ölkə daxili Satıcılar sizi belə aldadır – Diqqətli olun! 11/05/2026 Ölkə xarici Paşinyan: “Qarabağı itirməmişik, onsuz da bizim deyildi” 11/05/2026 Bank xəbərləri Azərbaycanda bank işçiləri ilə bağlı qərar: Yeni imtahanlara cəlb olunacaqlar 11/05/2026