Satıcılar sizi belə aldadır – Diqqətli olun! Ölkə daxili 11/05/2026 Paylaş FacebookXWhatsAppTelegram “Bəzi satıcılar malın zəmanət müddəti ilə bağlı istehlakçıları aldadır”. Bunu vəkil Turan Abdullazadə deyib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Vəkil bildirib ki, malda qüsur olduqda və o satıcı tərəfindən təmirə göndərildikdə, məsələn, mal təmirdə 2 ay qalıbsa, həmin 2 aylıq müddəti də zəmanət müddətinə daxil edirlər: “Bu tamamilə qanunsuzdur. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 6.4-cü bəndinə əsasən zəmanətli təmir aparılarkən malın zəmanət müddəti onun təmirdə olduğu müddət qədər uzadılır. Bu o deməkdir ki, əgər mal 2 ay təmirdə qalıbsa, zəmanət müddəti 1 il deyil, 1 il 2 ay olacaq”. T. Abdullazadənin sözlərinə görə, mal dəyişdirildikdə isə, malın zəmanət müddəti dəyişdirilmə günündən etibarən yenidən hesablanmalıdır. “Mal 10 ay sonra xarab olursa, satıcı 2 ay onu təmir edir və istehlakçıya qaytarır. İstehlakçı onu istifadə edərkən yenidən qüsur üzə çıxırsa, bu zaman satıcı bildirir ki, 1 illik zəmanət müddəti vermişdi, 2 ay da təmirdə oldu və zəmanət müddəti bitib. Bu, qanunsuzdur. Təmirdə olduğu müddət zəmanət müddətinə daxil edilmir. Təmirdə olduğu müddət ərzində zəmanət müddətinin axımı dayanır. Buna görə də sizin mal təmirdə olduğu müddət qədər zəmanətli təmir hüququnuz var”, – deyə vəkil qeyd edib. Mənbəe-huquq.az Taglarsatıcıvəkil Turan Abdullazadə Son xəbərlər Neft və Qaz IMF: Azərbaycan qazının orta qiyməti bu il 522 dollara çatacaq 11/05/2026 Neft və Qaz IMF Azərbaycan neftinin qiyməti ilə bağlı proqnozunu kəskin artırıb 11/05/2026 Ölkə xarici Paşinyan: “Qarabağı itirməmişik, onsuz da bizim deyildi” 11/05/2026 Bank xəbərləri Azərbaycanda bank işçiləri ilə bağlı qərar: Yeni imtahanlara cəlb olunacaqlar 11/05/2026 Digər xəbərlər Neft və Qaz IMF: Azərbaycan qazının orta qiyməti bu il 522 dollara çatacaq 11/05/2026 Neft və Qaz IMF Azərbaycan neftinin qiyməti ilə bağlı proqnozunu kəskin artırıb 11/05/2026 Ölkə xarici Paşinyan: “Qarabağı itirməmişik, onsuz da bizim deyildi” 11/05/2026 Bank xəbərləri Azərbaycanda bank işçiləri ilə bağlı qərar: Yeni imtahanlara cəlb olunacaqlar 11/05/2026