Yaponiya İran müharibəsindən sonra Azərbaycandan ilk xam neft partiyasını alacaq Neft və Qaz 11/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycan xam neftini daşıyan tanker yaxın günlərdə Yaponiyaya çatacaq. Bu barədə Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyindən bildirilib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Azərbaycan xam neftini daşıyan tanker ən tez çərşənbə axşamı limana çata bilər”, – nazirliyin bugünkü məlumatında deyilir. Məlumata görə, bu, fevral ayında İran müharibəsi başlayandan bəri Mərkəzi Asiyadan Yaponiyaya göndərilən ilk neft partiyası olacaq. Nazirlikdən bildiriblər ki, bu tədarük ölkənin enerji təhlükəsizliyi baxımından mühüm dönüş nöqtəsidir və enerji mənbələrinin şaxələndirilməsi strategiyasının bir hissəsidir. Qeyd edək ki, müharibədən əvvəl Yaponiya xam neft ehtiyacının təxminən 95 faizini Yaxın Şərqdən təmin edirdi. Lakin İranın Hörmüz boğazında tanker hərəkətini məhdudlaşdırması bu tədarük zəncirini ciddi şəkildə pozub və ölkəni alternativ mənbələr axtarmağa məcbur edib. MənbəAPA TaglarAzərbaycan-YaponiyaneftYaxın Şərqdə gərginlik Son xəbərlər Turizm Türkiyəli memar: Bakıda tarixi irsi özündə birləşdirən hotel layihəsi üzərində çalışırıq 11/05/2026 Ölkə xarici Ermənistanda süni intellekt nazirliyinin yaradılması planlaşdırılır 11/05/2026 Ölkə daxili Sabahın havası açıqlanıb 11/05/2026 Ölkə xarici Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib 11/05/2026 Digər xəbərlər Turizm Türkiyəli memar: Bakıda tarixi irsi özündə birləşdirən hotel layihəsi üzərində çalışırıq 11/05/2026 Ölkə xarici Ermənistanda süni intellekt nazirliyinin yaradılması planlaşdırılır 11/05/2026 Ölkə daxili Sabahın havası açıqlanıb 11/05/2026 Ölkə xarici Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib 11/05/2026