Paşinyan: Azərbaycanla delimitasiyanın şimaldan cənuba doğru aparılacağı barədə razılaşma var Ölkə xarici 11/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyasının şimaldan cənuba doğru davam etdirilməsi barədə razılaşma mövcuddur. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə bildirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Bizdə artıq dərc olunmuş razılaşma var ki, delimitasiya şimaldan cənuba aparılacaq. Aydındır ki, delimitasiya olunmuş ərazilərdə sərhəd rəsmiləşdirilməli və bu proses şəffaf şəkildə həyata keçirilməlidir”, – o deyib. Paşinyan qeyd edib ki, tərəflər arasında delimitasiya prosesinin hüquqi əsası artıq formalaşıb. O vurğulayıb ki, 1991-ci il Alma-Ata Bəyannaməsi iki ölkə arasında sərhədlərin müəyyənləşdirilməsində əsas prinsip kimi qəbul edilib. Bundan əlavə, 2024-cü ilin avqustunda imzalanan və oktyabrda ratifikasiya olunan birgə komissiyaların fəaliyyəti ilə bağlı qaydalar bu prosesi hüquqi cəhətdən tənzimləyir: “Bu isə o deməkdir ki, Ermənistan və Azərbaycan Sovet Ermənistanı ilə Sovet Azərbaycanı arasındakı mövcud sərhədin iki ölkə arasında dövlət sərhədi kimi yenidən rəsmiləşdirilməsinə razılaşıblar”. MənbəAPA TaglarAzərbaycan-ErmənistanNikol Paşinyansərhədlərin delimitasiyası Son xəbərlər Energetika “Saudi Aramco”: Bu tarixin ən böyük enerji böhranıdır 11/05/2026 Texnologiya xəbərləri Türkiyə şirkəti Azərbaycanda iki tikinti layihəsində süni intellektdən istifadə edib 11/05/2026 Turizm Türkiyəli memar: Bakıda tarixi irsi özündə birləşdirən hotel layihəsi üzərində çalışırıq 11/05/2026 Neft və Qaz Yaponiya İran müharibəsindən sonra Azərbaycandan ilk xam neft partiyasını alacaq 11/05/2026 Digər xəbərlər Energetika “Saudi Aramco”: Bu tarixin ən böyük enerji böhranıdır 11/05/2026 Texnologiya xəbərləri Türkiyə şirkəti Azərbaycanda iki tikinti layihəsində süni intellektdən istifadə edib 11/05/2026 Turizm Türkiyəli memar: Bakıda tarixi irsi özündə birləşdirən hotel layihəsi üzərində çalışırıq 11/05/2026 Neft və Qaz Yaponiya İran müharibəsindən sonra Azərbaycandan ilk xam neft partiyasını alacaq 11/05/2026