Aİ vətəndaşlar üçün vahid əmanət və investisiya hesabı təklif edir İnvestisiya 11/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Avropa İttifaqı vətəndaşlar üçün vahid əmanət və investisiya hesabının yaradılmasını nəzərdə tutan yeni təşəbbüs üzərində işləyir. Təşəbbüsün əsas məqsədi Avropa vətəndaşlarının yığımlarını investisiyalara yönəltməyi asanlaşdırmaq, maliyyə bazarlarına çıxışı genişləndirmək və xərcləri azaltmaqdır. Yeni sistem çərçivəsində komissiya və əməliyyat haqlarının aşağı salınması nəzərdə tutulur.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Avropa Komissiyasının planına əsasən, vahid hesab mexanizmi vətəndaşlara müxtəlif maliyyə məhsullarına daha rahat çıxış imkanı yaradacaq. Ekspertlərin fikrincə, bu addım Avropa kapital bazarlarının gücləndirilməsi və iqtisadiyyata əlavə investisiya axınının cəlb olunması baxımından mühüm əhəmiyyət daşıyır. Rumıniya mediasının yazdığına görə, Avropa İttifaqı hazırda əhalinin bank əmanətlərində saxladığı irihəcmli vəsaitlərin daha məhsuldar investisiya alətlərinə yönləndirilməsini təşviq etməyə çalışır. Analitiklər hesab edirlər ki, vahid investisiya hesabı sistemi, xüsusilə kiçik investorların maliyyə bazarlarına çıxışını sadələşdirə bilər. Məlumatda vurğulanır ki, təşəbbüs Avropa İttifaqının Kapital Bazarları İttifaqı strategiyasının bir hissəsi hesab olunur və gələcəkdə Avropa maliyyə sisteminin rəqabət qabiliyyətinin artırılmasına xidmət etməlidir. MənbəAZƏRTAC TaglarAvropa İttifaqı (Aİ)əmanətİnvestisiya Son xəbərlər Ölkə xarici Qazaxıstan İndoneziyanın Avropa bazarlarına çıxış platformasına çevrilə bilər 11/05/2026 Energetika “Saudi Aramco”: Bu, tarixin ən böyük enerji böhranıdır 11/05/2026 Texnologiya xəbərləri Türkiyə şirkəti Azərbaycanda iki tikinti layihəsində süni intellektdən istifadə edib 11/05/2026 Ölkə xarici Paşinyan: Azərbaycanla delimitasiyanın şimaldan cənuba doğru aparılacağı barədə razılaşma var 11/05/2026 Digər xəbərlər Ölkə xarici Qazaxıstan İndoneziyanın Avropa bazarlarına çıxış platformasına çevrilə bilər 11/05/2026 Energetika “Saudi Aramco”: Bu, tarixin ən böyük enerji böhranıdır 11/05/2026 Texnologiya xəbərləri Türkiyə şirkəti Azərbaycanda iki tikinti layihəsində süni intellektdən istifadə edib 11/05/2026 Ölkə xarici Paşinyan: Azərbaycanla delimitasiyanın şimaldan cənuba doğru aparılacağı barədə razılaşma var 11/05/2026