Bank kartlarının istifadəsində harada səhvə yol verərək dələduzların qurbanı oluruq? Bank xəbərləri 11/05/2026 Paylaş FacebookXWhatsAppTelegram İlin əvvəlindən bu günə qədər kart fırıldaqçılığı ilə bağlı rəqəmlər ciddi narahatlıq doğurur. Mərkəzi Bankın açıqladığı statistikaya görə, 2026-cı ilin birinci rübündə ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq əməliyyatlarının dəyəri 1 milyon 350 min 492 manata çatıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,13 dəfə çoxdur.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Mütəxəssislər hesab edirlər ki, artımın əsas səbəblərindən biri vətəndaşların diqqətsiz davranışlarıdır. İqtisadçı ekspert Əkrəm Həsənov deyir ki, bəzi hallarda kart sahibləri şəxsi məlumatlarını üçüncü şəxslərlə bölüşərək özləri risk yaradırlar. Kibertəhlükəsizlik üzrə mütəxəssislər də bildirirlər ki, son dövrlər sosial şəbəkələr və mesajlaşma tətbiqləri üzərindən yayılan saxta linklər və reklamlar fırıldaqçılıq halları vətəndaşların kartına müdaxilə hallarına səbəb olur. İstifadəçilər linklərə daxil olduqda və şəxsi məlumatlarını qeyd etdikdə kart məlumatları ələ keçirilir. Eyni zamanda ödəniş kartları ilə ölkəxarici əməliyyatlarda da artım qeydə alınıb. Hesabat dövründə xaricdə həyata keçirilən fırıldaqçılıq əməliyyatlarının dəyəri 325 min 335 manat olub. bu isə illik müqayisədə 73 faizdən çox artım deməkdir. MənbəAPA Taglarbank kartlarıekspert Əkrəm Həsənov Son xəbərlər Nəqliyyat Sabahdan bu ərazilərdə parklanma məhdudiyyəti tətbiq olunacaq 11/05/2026 Ölkə xarici Qazaxıstan İndoneziyanın Avropa bazarlarına çıxış platformasına çevrilə bilər 11/05/2026 İnvestisiya Aİ vətəndaşlar üçün vahid əmanət və investisiya hesabı təklif edir 11/05/2026 Energetika “Saudi Aramco”: Bu, tarixin ən böyük enerji böhranıdır 11/05/2026 Digər xəbərlər Nəqliyyat Sabahdan bu ərazilərdə parklanma məhdudiyyəti tətbiq olunacaq 11/05/2026 Ölkə xarici Qazaxıstan İndoneziyanın Avropa bazarlarına çıxış platformasına çevrilə bilər 11/05/2026 İnvestisiya Aİ vətəndaşlar üçün vahid əmanət və investisiya hesabı təklif edir 11/05/2026 Energetika “Saudi Aramco”: Bu, tarixin ən böyük enerji böhranıdır 11/05/2026