Qazaxıstan İndoneziyanın Avropa bazarlarına çıxış platformasına çevrilə bilər Ölkə xarici 11/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Qazaxıstan İndoneziyanın Mərkəzi Asiya, Avrasiya İqtisadi Birliyi, Qafqaz və Avropa da daxil olmaqla regional bazarlara çıxış qapısı ola bilər. Bu barədə Qazaxıstanın Baş naziri Oljas Bektenov və İndoneziyanın iqtisadi məsələlər üzrə əlaqələndirici naziri Airlanqqa Hartarto arasında keçirilən görüşdə məlumat verilib. Bu görüşdə Astananın əlverişli investisiya mühiti vurğulanıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Görüş zamanı tərəflər nəqliyyat və logistika marşrutlarının inkişafı, Qazaxıstanın tranzit potensialından və beynəlxalq nəqliyyat dəhlizi infrastrukturundan istifadə imkanlarını müzakirə ediblər. İki ölkə arasında ikitərəfli ticarət ötən il 244,7 milyon dollar, bu ilin yanvar-mart ayları arasında isə 31,5 milyon dollar təşkil edib. Qazaxıstanın əsas ixrac sahələri metallurgiya və kimya məhsulları, İndoneziyanın isə elektronika və tekstil məhsullarından ibarətdir. O. Bektenov vurğulayıb ki, Astana Cakarta ilə ticarət və iqtisadi əlaqələrin genişləndirilməsinə böyük əhəmiyyət verir, ticarət, iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsində maraqlıdır. Öz növbəsində, A. Hartarto İndoneziyanın tərəfdaşlığı, işgüzar əlaqələri genişləndirməyə və perspektivli sahələrdə əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu bildirib. Görüş zamanı enerji, sənaye, kənd təsərrüfatı və qida emalı, tekstil, İslam bankçılığı, rəqəmsal iqtisadiyyat, təhsil və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi potensialı da qeyd edilib. MənbəAZƏRTAC TaglarAvropa bazarıindoneziyaQazaxıstan Son xəbərlər Nəqliyyat Sabahdan bu ərazilərdə parklanma məhdudiyyəti tətbiq olunacaq 11/05/2026 Bank xəbərləri Bank kartlarının istifadəsində harada səhvə yol verərək dələduzların qurbanı oluruq? 11/05/2026 İnvestisiya Aİ vətəndaşlar üçün vahid əmanət və investisiya hesabı təklif edir 11/05/2026 Energetika “Saudi Aramco”: Bu, tarixin ən böyük enerji böhranıdır 11/05/2026 Digər xəbərlər Nəqliyyat Sabahdan bu ərazilərdə parklanma məhdudiyyəti tətbiq olunacaq 11/05/2026 Bank xəbərləri Bank kartlarının istifadəsində harada səhvə yol verərək dələduzların qurbanı oluruq? 11/05/2026 İnvestisiya Aİ vətəndaşlar üçün vahid əmanət və investisiya hesabı təklif edir 11/05/2026 Energetika “Saudi Aramco”: Bu, tarixin ən böyük enerji böhranıdır 11/05/2026