Qubanın üç kəndinin adının dəyişdirilməsi qəbul edildi Ümumi iqtisadi xəbərlər 12/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Quba rayonunun bir sıra ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında qanun layihəsi qəbul edilib. Bu barədə sənəd Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Layihəyə əsasən, Qubanın Vladimirovka kənd inzibati ərazi dairəsinin tərkibindəki Vladimirovka kəndi Elbir kəndi adlandırılacaq. Vladimirovka kənd inzibati ərazi dairəsi isə Elbir kənd inzibati ərazi dairəsi hesab ediləcək. Həmçinin sənəddə qeyd edilib ki, rayonun Alekseyevka kənd inzibati ərazi dairəsi tərkibindəki Alekseyevka kəndi Çinarlı kəndi, Timiryazev kəndi Bəhrəli kəndi adlandırılacaq. Alekseyevka kənd inzibati ərazi dairəsi isə Çinarlı kənd inzibati ərazi dairəsi hesab ediləcək. Bildirilib ki, Qubanın kəndlərinin adlarının dəyişdirilməsi Milli Məclisin Toponimiya komissiyasının tövsiyəsi ilə hazırlanıb. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib. MənbəReport TaglarkəndQuba Son xəbərlər Ölkə daxili Lökbatandakı yanğın Birmarket-in anbarına da zərər vurub 12/05/2026 Nəqliyyat Bakıda yerüstü və yeraltı piyada keçidlərində eskalator və liftlərin yenilənməsinə başlanılır 12/05/2026 Ölkə xarici CNN: Tramp İranla müharibəni yenidən başlada bilər 12/05/2026 Digər xəbərlər Yanan anbar “Kontakt Home”a məxsusdur – Rəsmi 12/05/2026 Digər xəbərlər Ölkə daxili Lökbatandakı yanğın Birmarket-in anbarına da zərər vurub 12/05/2026 Nəqliyyat Bakıda yerüstü və yeraltı piyada keçidlərində eskalator və liftlərin yenilənməsinə başlanılır 12/05/2026 Ölkə xarici CNN: Tramp İranla müharibəni yenidən başlada bilər 12/05/2026 Digər xəbərlər Yanan anbar “Kontakt Home”a məxsusdur – Rəsmi 12/05/2026