Azərbaycanda iqtisadiyyatı apreldə 0.2% artıb Əsas məlumatlarÜmumi iqtisadi xəbərlər 12/05/2026 Paylaş FacebookXWhatsAppTelegram 2026-cı ilin ilk dörd ayında Azərbaycanda iqtisadi artım 0.2% olub. Halbuki, bu ilk rübün sonunda, yəni bir ay əvvəl 0.3% azalma vardı. Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Belə ki, yanvar-aprel aylarında 39 milyard 875,1 milyon manat ümumi daxili məhsul istehsal edilib. Bunun 12 milyard 135 milyon manatı neft, 27 milyard 740,1 milyon manatı qeyri-neft sektorunun payına düşüb. Neft sektoru illik artım tempi son bir ayda 1.2% azalmadan 0.9% azalmaya yüksələrkən, qeyri-neft 0.2%-dən 0.7%-ə qalxıb. BƏS PROQNOZLAR NECƏDİR? Azərbaycanın İqtisadiyyat Nazirliyinin 2025-ci ildə növbəti illər üçün verdiyi proqnoza görə, 2026-cı ildə Azərbaycanda iqtisadi artım 3.2% proqnozlaşdırılıb. Məlumata görə, 2027-2028-ci illərdə ölkədə iqtisadi artım 3.6%, 2029-cu ildə isə 4.1% müəyyən edilirdi. Mərkəzi Bank mayda bu il və növbəti il üçün Azərbaycanda ÜDM artımının fevraldakı proqnozlarla müqayisədə endirib. Belə ki, 2026-cı il üçün 2,9 %-dən 1,1 %-ə, 2027-ci ildə isə 4,7 %-dən 3,2 %-ə endirib. AMB-nin sədri Taleh Kazımov qeyd edib ki, iqtisadi artıma daxili tələbin və qeyri-neft sektorundakı aktivliyin dəstək verəcəyi gözlənilir. Dünya Bankı 2026-cı ildə Azərbaycanda ÜDM-in 2 %, 2027-ci ildə isə 1,8 % artacağını gözləyir. Dünya Bankının proqnozlarına görə, 2026 və 2027-ci illərdə Cənubi Qafqaz dövlətlərinin ÜDM-nin ümumi artımı hər il 3,4 %-ə çatacaq. Hesabatda vurğulanır ki, Azərbaycanda fiskal siyasətin sərtləşdirilməsi nəticəsində investisiya xərclərinin normallaşması, eləcə də neft hasilatı həcmlərinin əhəmiyyətli dərəcədə azalması 2025-ci ildə iqtisadi artım tempinin 1,4 %-ə enməsinə səbəb olub, bu isə 2024-cü ilin göstəricisindən təxminən üç dəfə azdır. Qeyd edək ki, iqtisadçı-ekspert Elman Sadıqov iqtisadi artım tempinin inkişaf etməkdə olan ölkələr üçün yetərsiz olduğunu bildirib. Onun sözlərinə görə, “inkişaf etmiş iqtisadiyyatlar üçün böyümə hədəfi 2% ətrafında olur, inkişaf etməkdə olan iqtisadiyyatlar üçün isə minimum 5% hədəfində”, bu səbəbdən “ölkəmiz üçün 3% ətrafında böyümə hədəfinin müəyyən edilməsi yanlışdır”. Ekspert həmçinin bildirib ki, 2024-cü ilin ortalarından etibarən Azərbaycan iqtisadiyyatında daralma tendensiyası müşahidə olunur. O qeyd edib ki, “iqtisadiyyat ya spiralvari genişlənər, ya daralar” və qarşıdakı dövrlərdə iqtisadiyyata həm daxili, həm də xarici faktorların əlavə təzyiq formalaşdırması ehtimalı yüksəkdir. Son xəbərlər Ölkə daxili Lökbatandakı yanğın Birmarket-in anbarına da zərər vurub 12/05/2026 Nəqliyyat Bakıda yerüstü və yeraltı piyada keçidlərində eskalator və liftlərin yenilənməsinə başlanılır 12/05/2026 Ölkə xarici CNN: Tramp İranla müharibəni yenidən başlada bilər 12/05/2026 Ümumi iqtisadi xəbərlər Qubanın üç kəndinin adının dəyişdirilməsi qəbul edildi 12/05/2026 Digər xəbərlər Ölkə daxili Lökbatandakı yanğın Birmarket-in anbarına da zərər vurub 12/05/2026 Nəqliyyat Bakıda yerüstü və yeraltı piyada keçidlərində eskalator və liftlərin yenilənməsinə başlanılır 12/05/2026 Ölkə xarici CNN: Tramp İranla müharibəni yenidən başlada bilər 12/05/2026 Ümumi iqtisadi xəbərlər Qubanın üç kəndinin adının dəyişdirilməsi qəbul edildi 12/05/2026