“eBay” $56 milyardlıq satış təklifini rədd etdi — “GameStop”un təklifi etimad doğurmadı İnvestisiya 12/05/2026 Paylaş FacebookXWhatsAppTelegram “Reuters”in məlumatına görə, eBay rəhbərliyi videooyun pərakəndə satış şirkəti “GameStop”un 56 milyard dollarlıq satınalma təklifini rədd edib və onu “nə etibarlı, nə də cəlbedici” adlandırıb. “eBay” direktorlar şurasının sədri Paul Pressler bildirib ki, şirkət mövcud strategiyasına əmindir və inkişafını müstəqil şəkildə davam etdirə bilər.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “eBay” dünyada ən böyük onlayn marketpleyslərdən biridir və alıcılarla satıcılar arasındakı satış əməliyyatlarından komissiya qazanır. “GameStop” isə videooyunlar və kolleksiya məhsullarının satışı ilə məşğul olan 600 mağazadan ibarət Amerika şəbəkəsidir. Şirkətin bazar dəyəri təxminən 12 milyard dollar qiymətləndirilir ki, bu da potensial satınalma obyektindən demək olar beş dəfə azdır. Razılaşmaya görə ödənişin yarısı nağd, yarısı isə səhmlərlə həyata keçirilməli idi. “GameStop”un rəhbəri Rayan Koen bildirib ki, onun “TD Bank” tərəfindən təqdim edilmiş 20 milyard dollarlıq borc maliyyələşməsi məktubu var. Lakin bunun üçün birləşmiş şirkətin investisiya reytinqinə malik olması şərt kimi irəli sürülüb. “Moody’s” isə əvvəlcədən xəbərdarlıq edib ki, bu razılaşma “eBay” üçün “kredit baxımından mənfi” olacaq. Təklif elan olunduqdan sonra “eBay” səhmləri “GameStop”un təklif etdiyi hər səhm üçün 125 dollarlıq qiymətdən xeyli aşağı ticarət olunub. Rədd cavabından sonra razılaşma satınalma formatına keçə bilər. Rayan Koen daha əvvəl bildirmişdi ki, lazım gələrsə birbaşa “eBay” səhmdarlarına müraciət etməyə hazırdır. “GameStop”un tanınmış investorlarından biri olan Maykl Byurri — 2008-ci ildə ipoteka bazarına qarşı uğurlu mərc etməsi ilə məşhurlaşan investor — təklif ortaya çıxdıqdan dərhal sonra şirkətdəki payını satıb. O xəbərdarlıq edib ki, bu razılaşma “GameStop”u həddindən artıq borclandıracaq və səhmdarların payını zəiflədəcək. TaglareBayGameStop Son xəbərlər Ölkə xarici ABŞ Kuba ilə danışıqlara hazırlaşır 12/05/2026 Ölkə daxili İlham Əliyev Şahbaz Şəriflə telefon danışığı aparıb 12/05/2026 İnvestisiya Səfir: Böyük Britaniya Azərbaycan iqtisadiyyatının ən böyük xarici investorudur 12/05/2026 Yerli biznes xəbərləri Cəbrayılda siqaret istehsal ediləcək 12/05/2026 Digər xəbərlər Ölkə xarici ABŞ Kuba ilə danışıqlara hazırlaşır 12/05/2026 Ölkə daxili İlham Əliyev Şahbaz Şəriflə telefon danışığı aparıb 12/05/2026 İnvestisiya Səfir: Böyük Britaniya Azərbaycan iqtisadiyyatının ən böyük xarici investorudur 12/05/2026 Yerli biznes xəbərləri Cəbrayılda siqaret istehsal ediləcək 12/05/2026