“Moody’s”: “Cənub Qaz Dəhlizi” şirkətinin minoritar səhm paketi ilin sonunadək XRG-yə satılacaq İnvestisiya 12/05/2026 Paylaş FacebookXWhatsAppTelegram “Moody’s Ratings” beynəlxalq reytinq agentliyi, Azərbaycanda təbii qaz və qaz kondensatının hasılatı, eləcə də onların regional və Avropa bazarlarında satışı və nəqli ilə məşğul olan dövlət şirkəti – “Cənub Qaz Dəhlizi” QSC (SGC) üzrə uzunmüddətli emitent kredit reytinqlərini yerli və xarici valyutada “Baa3” səviyyəsində, baza kredit qiymətləndirməsini (BCA) isə “baa3” səviyyəsində təsdiq edib. Reytinqlər üzrə proqnoz “müsbət” qiymətləndirilib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “SGC-nin “Baa3” səviyyəsindəki reytinqləri və müsbət proqnoz Azərbaycanın suveren reytinqinə uyğundur və flaqman qaz layihələrində dövlətin maraqlarını təmsil etməsindəki rolu vasitəsilə şirkətin strateji əhəmiyyətini, eləcə də birbaşa və dolayısı ilə dövlət mülkiyyətində olmasını və zəmanətlər daxil olmaqla təsdiqlənmiş dəstək tarixçəsini əks etdirir. Hazırda dövlət SGC-nin səhmlərinin 49 %-nə birbaşa sahibdir, qalan 51 % isə tamamilə dövlətə məxsus inteqrasiya olunmuş milli neft-qaz şirkəti olan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR, “Baa3” stabil) mülkiyyətindədir. Dövlətin 2026-cı ilin sonunadək SGC-nin minoritar səhm paketini Əbu-Dabi Milli Neft Şirkətinin beynəlxalq investisiya bölməsi olan XRG şirkətinə satmağı planlaşdırmasına baxmayaraq, biz dövlətin SGC-nin strategiyası və siyasəti üzərində nəzarəti və təsirini qoruyub saxlayacağını gözləyirik. Buna görə də, dövlətlə bağlı emitentlərin reytinq metodologiyamıza uyğun olaraq, SGC-ni dövlətlə əlaqəli emitent kimi nəzərdən keçiririk. Bu metodologiyaya əsasən, şirkətin reytinqinə onun müstəqil kredit qabiliyyətini əks etdirən “baa3” səviyyəsində BCA, xarici valyutada Azərbaycanın “Baa3″ səviyyəsində reytinqi, şirkət və dövlət arasında defoltun çox yüksək korrelyasiyası və maliyyə çətinlikləri yarandıqda fövqəladə dövlət dəstəyinin yüksək ehtimalı daxildir”, – məlumatda qeyd olunub. MənbəREPORT TaglarCənub Qaz DəhliziMoody’s Son xəbərlər Nəqliyyat Bu avtobuslarda gedişhaqqı artırıldı 12/05/2026 Digər xəbərlər Azərbaycanın iştirakı ilə yeni dəhliz: İran dəmir yolu xəttini istifadəyə verməyə hazırlaşır 12/05/2026 Ölkə xarici ABŞ Kuba ilə danışıqlara hazırlaşır 12/05/2026 Ölkə daxili İlham Əliyev Şahbaz Şəriflə telefon danışığı aparıb 12/05/2026 Digər xəbərlər Nəqliyyat Bu avtobuslarda gedişhaqqı artırıldı 12/05/2026 Digər xəbərlər Azərbaycanın iştirakı ilə yeni dəhliz: İran dəmir yolu xəttini istifadəyə verməyə hazırlaşır 12/05/2026 Ölkə xarici ABŞ Kuba ilə danışıqlara hazırlaşır 12/05/2026 Ölkə daxili İlham Əliyev Şahbaz Şəriflə telefon danışığı aparıb 12/05/2026