Azərbaycanda pavlovniya ağaclarının əkilməsi üzrə investisiya imkanları araşdırılacaq İnvestisiya 12/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycanda pavlovniya ağaclarının əkilməsi üzrə investisiya imkanlarının araşdırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABDF), Almaniyanın “WeGrow” və yerli “Red Valley” şirkətləri arasında əməkdaşlığa dair memorandum imzalanıb. Memorandum çərçivəsində ölkə ərazisində ilkin olaraq 10 min hektar sahədə pavlovniya plantasiyalarının salınması layihəsinin iqtisadi səmərəliliyinin, investisiya potensialının və ekoloji dayanıqlılıq göstəricilərinin qiymətləndirilməsi nəzərdə tutulur.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Layihə çərçivəsində pavlovniya ağaclarının əsasən Salyan, Şirvan, Sabirabad, Kürdəmir, İmişli, Beyləqan və Ağcabədi rayonlarının meşə fondu torpaqlarının açıq sahələrində mərhələli şəkildə əkilməsi planlaşdırılır. Prosesin hər il orta hesabla 2 min hektar sahəni əhatə etməsi nəzərdə tutulur. Pavlovniya sürətlə böyüyən, yüksək karbon udma qabiliyyətinə malik və müxtəlif iqlim şəraitinə uyğunlaşa bilən ağac növü hesab olunur. Bitki həm sənaye məqsədləri üçün – yüngül və keyfiyyətli oduncaq istehsalında, həm də dekorativ və ekoloji landşaft layihələrində geniş istifadə edilir. Qısa müddətdə yetişməsi və yüksək biokütlə formalaşdırması pavlovniyanı yaşıl iqtisadiyyatın inkişafı və karbon emissiyalarının azaldılması baxımından perspektivli resursa çevirir. Gələcək mərhələdə layihənin yalnız ağac əkini ilə məhdudlaşmayaraq, ağac emalı sənayesinin inkişafını da əhatə etməsi, bu istiqamətdə taxta emalı müəssisələrinin yaradılması və tam dəyər zəncirinin formalaşdırılması nəzərdə tutulur. Qeyd edək ki, Almaniyada fəaliyyət göstərən “WeGrow” şirkəti sürətlə böyüyən ağac növlərinin, xüsusilə pavlovniyanın yetişdirilməsi, karbon tutma layihələri və dayanıqlı ağacçılıq texnologiyaları üzrə ixtisaslaşmış aqrar-ekoloji sahədə innovativ şirkətdir. Şirkət yaşıl investisiyalar və iqlim dəyişikliklərinə qarşı həllər sahəsində beynəlxalq təcrübəyə malikdir. “Red Valley” şirkəti isə “Phoenix One” pavlovniya növünün Azərbaycandakı rəsmi təmsilçisi olmaqla yanaşı, aqrar sahədə geniş praktiki təcrübəyə malikdir. MənbəTREND Taglarİnvestisiyapavlovniya ağacı Son xəbərlər Nəqliyyat Sərnişinlər metroda boş vaqonları əvvəlcədən görə biləcəklər – Müsahibə 12/05/2026 Ölkə daxili İlham Əliyev Pakistana səfər edəcək 12/05/2026 Nəqliyyat Bakıda bütün avtobuslar və taksilər metro ilə birləşdirilir? – Açıqlama 12/05/2026 Ölkə xarici İrana qarşı hərbi əməliyyat ABŞ-yə 29 milyard dollara başa gəlib 12/05/2026 Digər xəbərlər Nəqliyyat Sərnişinlər metroda boş vaqonları əvvəlcədən görə biləcəklər – Müsahibə 12/05/2026 Ölkə daxili İlham Əliyev Pakistana səfər edəcək 12/05/2026 Nəqliyyat Bakıda bütün avtobuslar və taksilər metro ilə birləşdirilir? – Açıqlama 12/05/2026 Ölkə xarici İrana qarşı hərbi əməliyyat ABŞ-yə 29 milyard dollara başa gəlib 12/05/2026