“Mercedes-Benz” Berlindəki bütün avtosalonlarını kanadalı iş adamına satıb Avto xəbərlər 13/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Alman avtomobil istehsalçısı “Mercedes-Benz” Berlində ona məxsus olan bütün diler mərkəzlərini “Alpha Auto Group” şirkətinə rəhbərlik edən kanadalı iş adamı Kuldip Billana satıb. Banker xəbər verir ki, bu barədə yerli “Bild” nəşri mənbələrə istinadən yazıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Sövdələşməyə Almaniyanın paytaxtında yerləşən və təxminən 1,5 min nəfərin çalışdığı yeddi filial daxil edilib. Qəzet qeyd edib ki, “Mercedes-Benz” öz avtosalonlarını Hamburq, Münxen, eləcə də Reyn-Rur kimi sənaye regionunda da satmaq niyyətindədir. Ümumilikdə bu, təxminən 8 min iş yerinə təsir göstərə bilər. Berlin diler mərkəzlərinin işçilərinə bağlanmış sövdələşmə barədə elektron poçt vasitəsilə məlumat verilib. Onların qarşısında seçim qoyulub: pul kompensasiyası almaq və ya yalnız bir il müddətinə iş yerinin qorunması zəmanəti ilə razılaşmaq. Bundan sonra qüvvədə olan əmək müqavilələri ləğv edilməli, ardınca isə yeni müqavilələr rəsmiləşdirilməlidir. Lakin yeni mülkiyyətçinin tarif öhdəliklərinə əməl edib-etməyəcəyi məsələsi açıq qalır. “Bild” vurğulayıb ki, “Mercedes-Benz”in Berlin avtosalonlarının personalı iki il ərzində satışa mane olmaq üçün cəhdlər edib, lakin onlar nəticəsiz qalıb. Son xəbərlər Ölkə daxili Lökbatandakı yanğın zamanı anbarın 21 min kvadratmetri yanıb 13/05/2026 Yerli biznes xəbərləri “Azərmetalinvest” şirkəti 2025-ci ilin mənfəətini bölüşdürəcək 13/05/2026 Texnologiya xəbərləri “Google” Adnroid üçün “Gemini Intelligence” funksiyalarını təqdim edib — Video 13/05/2026 Yerli biznes xəbərləri Bu şirkətin binaları sökülür: Yerində yeni park salınacaq 13/05/2026 Digər xəbərlər Ölkə daxili Lökbatandakı yanğın zamanı anbarın 21 min kvadratmetri yanıb 13/05/2026 Yerli biznes xəbərləri “Azərmetalinvest” şirkəti 2025-ci ilin mənfəətini bölüşdürəcək 13/05/2026 Texnologiya xəbərləri “Google” Adnroid üçün “Gemini Intelligence” funksiyalarını təqdim edib — Video 13/05/2026 Yerli biznes xəbərləri Bu şirkətin binaları sökülür: Yerində yeni park salınacaq 13/05/2026