Ceyhun Bayramov və Abbas Əraqçi arasında telefon danışığı baş tutub Ölkə xarici 13/05/2026 Paylaş FacebookXWhatsAppTelegram 13 may tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub. Telefon danışığı zamanı Azərbaycan-İran ikitərəfli əlaqələri, regionda mövcud vəziyyət və bu çərçivədə danışıqlar prosesinin gedişatı, İran ətrafında vəziyyətin diplomatik və siyasi həll perspektivləri ətrafında müzakirə aparılıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Nazir Abbas Əraqçi danışıqlar prosesi barədə ətraflı məlumat verib. Nazir Ceyhun Bayramov münaqişənin sülh və danışıqlar yolu ilə həlli istiqamətində səyləri dəstəklədiyimizi diqqətə çatdırıb. Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar. TaglarAbbas ƏraqçiCeyhun Bayramov Son xəbərlər Valyuta Dollar Yaxın Şərqdə qeyri-müəyyənlik və ABŞ-də yüksək inflyasiya fonunda həftəlik maksimuma çatıb 13/05/2026 Sığorta xəbərləri “PAŞA Həyat Sığorta”nın səhmdarlarının illik yığıncağı keçiriləcək 13/05/2026 Menecement (təyinatlar) Azərbaycanın iri broyler istehsalçısı “Mərcan”nın rəhbərliyində təyinat olub 13/05/2026 Nəqliyyat Bratislava ilə Bakı arasında birbaşa uçuşlara bu ilin payızında başlanılacaq 13/05/2026 Digər xəbərlər Valyuta Dollar Yaxın Şərqdə qeyri-müəyyənlik və ABŞ-də yüksək inflyasiya fonunda həftəlik maksimuma çatıb 13/05/2026 Sığorta xəbərləri “PAŞA Həyat Sığorta”nın səhmdarlarının illik yığıncağı keçiriləcək 13/05/2026 Menecement (təyinatlar) Azərbaycanın iri broyler istehsalçısı “Mərcan”nın rəhbərliyində təyinat olub 13/05/2026 Nəqliyyat Bratislava ilə Bakı arasında birbaşa uçuşlara bu ilin payızında başlanılacaq 13/05/2026