Türkiyə Ermənistanla birbaşa ticarətə qoyulan qadağanı aradan qaldırdı Ölkə xarici 13/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Türkiyə Ermənistanla birbaşa ticarətin başlanması üçün bürokratik hazırlıq prosesinin başa çatdığını elan edib. Bu addım ölkələr arasında münasibətlərin normallaşdırılması və iqtisadi-ticarət əlaqələrinin inkişafı prosesinin bir hissəsi kimi qiymətləndirilir. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib ki, Ermənistan Türkiyənin ticarət qadağasını aradan qaldırmasını alqışlayır.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Bu qərar iki ölkə arasında ticarət və biznes əlaqələrinin genişlənməsi, regionda iqtisadi bağlılığın gücləndirilməsi, sülh və rifahın təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır”, — deyə o, “Facebook” sosial şəbəkəsində yazıb. Türkiyə və Ermənistan arasında indiyədək diplomatik münasibətlər olmayıb. 1993-cü ildə Birinci Qarabağ müharibəsi zamanı Türkiyə Ermənistanla quru sərhədini bağlamışdı. Bununla əlaqədar birbaşa ticarətə qadağa tətbiq edilmiş, Türkiyə malları Ermənistana üçüncü ölkələr vasitəsilə çatdırılmışdı. 2022-ci ildən etibarən tərəflər münasibətlərin normallaşdırılması və sərhədlərin açılması ilə bağlı danışıqlar aparırlar. TaglarErmənistanTürkiyə Son xəbərlər Menecement (təyinatlar) Dövlət Statistika Komitəsinin sədrinə müşavir təyin edilib 13/05/2026 Neft və Qaz BEA 2026-cı ildə qlobal neft təklifinin azalacağını gözləyir 13/05/2026 Valyuta Dollar Yaxın Şərqdə qeyri-müəyyənlik və ABŞ-də yüksək inflyasiya fonunda həftəlik maksimuma çatıb 13/05/2026 Sığorta xəbərləri “PAŞA Həyat Sığorta”nın səhmdarlarının illik yığıncağı keçiriləcək 13/05/2026 Digər xəbərlər Menecement (təyinatlar) Dövlət Statistika Komitəsinin sədrinə müşavir təyin edilib 13/05/2026 Neft və Qaz BEA 2026-cı ildə qlobal neft təklifinin azalacağını gözləyir 13/05/2026 Valyuta Dollar Yaxın Şərqdə qeyri-müəyyənlik və ABŞ-də yüksək inflyasiya fonunda həftəlik maksimuma çatıb 13/05/2026 Sığorta xəbərləri “PAŞA Həyat Sığorta”nın səhmdarlarının illik yığıncağı keçiriləcək 13/05/2026