Metropolitendə keçən il sərnişin daşınması azalsa da, gəlirləri artıb Nəqliyyat 13/05/2026 Paylaş FacebookXWhatsAppTelegram 2025-ci ildə Bakı metrosunda sərnişindaşıma azalsa da, gəlirlər artıb. Banker.az xəbər verir ki, ötən il metro nəqliyyatı ilə 226.80 mln. sərnişin daşınıb ki, bu da 2024-cü illə müqayisədə 1.4% azdır.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Sərnişin dövriyyəsi isə 2 671.46 mln. sərnişin-km təşkil edib. Bu göstərici illik müqayisədə 1.6% azalıb. Bununla yanaşı, metro nəqliyyatında sərnişindaşımalardan əldə olunan gəlirlər artıb. Belə ki, 2025-ci ildə bu sahədə gəlirlər 116.46 mln. manat olub ki, bu da əvvəlki illə müqayisədə 15.7% çoxdur. Sonuncu dəfə Tarif Şurası tərəfindən Bakı metrosunda gediş haqqı 2024-cü il iyulun 1-dən 40 qəpikdən 50 qəpiyə qaldırılsa da, 2025-ci ildə 60 qəpiyə qaldırılıb. Sonuncu dəyişiklik Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən edilib. Bu arada “Bakı Metropoliteninin sədri Vüsal Aslanov daha əvvəl bildirmişdi ki, 2025-ci ildən qatar intervalları azaldılıb, pik saatlarda xətt üzrə qatar sayı 36 cütə çatdırılıb. Onun sözlərinə görə, metroda rəqəmsal həllər, süni intellekt əsaslı idarəetmə və yeni ödəniş sistemləri üzərində də iş aparılır. Son xəbərlər Ölkə xarici Donald Tramp Çinə gəlib 13/05/2026 Valyuta Türkiyə lirənin müdafiəsinə bir ayda ehtiyyatlarından $43.4 mlrd. xərcləyib 13/05/2026 Qeyri-bank kredit təşkilatları “FINCA Azerbaijan” innovativ məhsulu ilə seçildi – AMFA tərəfindən mükafatlandırıldı – Foto 13/05/2026 Menecement (təyinatlar) “Gabala Hospitality Group”a yeni baş icraçı direktor təyin edilib 13/05/2026 Digər xəbərlər Ölkə xarici Donald Tramp Çinə gəlib 13/05/2026 Valyuta Türkiyə lirənin müdafiəsinə bir ayda ehtiyyatlarından $43.4 mlrd. xərcləyib 13/05/2026 Qeyri-bank kredit təşkilatları “FINCA Azerbaijan” innovativ məhsulu ilə seçildi – AMFA tərəfindən mükafatlandırıldı – Foto 13/05/2026 Menecement (təyinatlar) “Gabala Hospitality Group”a yeni baş icraçı direktor təyin edilib 13/05/2026