Ağdərədəki mis yataqlarında geoloji kəşfiyyat işləri aparılır Ölkə daxili 13/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Qarabağda sənaye inkişafı üçün yeni mərhələ açılır. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti Ağdərə rayonundakı mis yataqlarının istifadəsi ilə bağlı yeni istehsal sahələrinin yaradılması üçün işləri davam etdirir. Hazırda mütəxəssislər tərəfindən ərazidə geoloji kəşfiyyat işləri gedir. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bu fikirləri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov səsləndirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə O, eyni zamanda qeyd edib ki, işğal dövründə Ermənistan tərəfindən Qarabağ və Şərqi Zəngəzur ərazilərində yerləşən yeraltı, yerüstü təbii sərvətlərə ciddi ziyan vurulub. Həmin dövrdə təkcə mineral ehtiyatlar deyil, həm də geniş meşə zolaqları və yaşıllıq sahələri məhv edilib. Hazırda azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Bu çərçivədə iqtisadi fəaliyyətin bərpası, yeni istehsal sahələrinin yaradılması və ekoloji tarazlığın bərpası prioritet istiqamətlər kimi müəyyən edilib. Həyata keçirilən layihələr regionun dayanıqlı inkişafına, yeni iş yerlərinin açılmasına və yerli iqtisadiyyatın gücləndirilməsinə xidmət edir. MənbəMODERN.AZ TaglarAğdərəElçin Yusubovmis Son xəbərlər Ümumi iqtisadi xəbərlər ADY sədri: Astara terminalı çox ciddi bir strateji aktivdir 13/05/2026 Menecement (təyinatlar) Respublika Endokrinoloji Mərkəzinə direktor təyin olunub 13/05/2026 Menecement (təyinatlar) IP şirkətinə baş icraçı direktor təyin olunub 13/05/2026 Nəqliyyat Bakı Dəmiryolu Vağzalında üztanıma ilə ödəniş tətbiq olunacaq 13/05/2026 Digər xəbərlər Ümumi iqtisadi xəbərlər ADY sədri: Astara terminalı çox ciddi bir strateji aktivdir 13/05/2026 Menecement (təyinatlar) Respublika Endokrinoloji Mərkəzinə direktor təyin olunub 13/05/2026 Menecement (təyinatlar) IP şirkətinə baş icraçı direktor təyin olunub 13/05/2026 Nəqliyyat Bakı Dəmiryolu Vağzalında üztanıma ilə ödəniş tətbiq olunacaq 13/05/2026