“OPEC+”a daxil olmayan ölkələrdə neft hasilatı üzrə proqnoz açıqlanıb Neft və Qaz 13/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2026-2027-ci illər üçün “OPEC+” razılaşmasına daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu yeniləyib. OPEC-in aylıq hesabatına əsasən, cari il “OPEC+” razılaşmasına daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 54,83 mln. barel olacağı ehtimal olunur (proqnoz dəyişməyib), bu 2025-ci ilin göstəricisi (54,2 mln. barel) ilə müqayisədə 0,63 mln. barel çoxdur.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bununla yanaşı OPEC gələn il üçün “OPEC+” razılaşmasına daxil olmayan ölkələrdə ortalama gündəlik maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu açıqlayıb. Proqnoza əsasən, 2027-ci ildə qeyd olunan göstəricinin 55,45 mln. barel səviyyəsində olacağı gözlənilir (proqnoz dəyişməyib), bu da 2026-cı ilin proqnoz göstəricisi ilə müqayisədə 0,62 mln. barel çoxdur. Qeyd edək ki, 2024-cü ildə “OPEC+” razılaşmasına daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 53,2 mln. barel olub, bu 2023-cü ilin göstəricisi ilə müqayisədə 1,36 mln. barel çoxdur. Xatırladaq ki, “OPEC+” OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması (bazarı tarazlamaq məqsədi ilə – red.) üzrə təşəbbüsdür. Azərbaycan da “OPEC+” razılaşmasının iştirakçısıdır. MənbəAPA Taglarneft hasilatıOPEC+ Son xəbərlər Nəqliyyat AAYDA: İzmir küçəsində 2 gün nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq 13/05/2026 Ölkə daxili “e-Tabib” fəaliyyətini dayandırıb 13/05/2026 Ölkə daxili Ağdərədəki mis yataqlarında geoloji kəşfiyyat işləri aparılır 13/05/2026 Ümumi iqtisadi xəbərlər ADY sədri: Astara terminalı çox ciddi bir strateji aktivdir 13/05/2026 Digər xəbərlər Nəqliyyat AAYDA: İzmir küçəsində 2 gün nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq 13/05/2026 Ölkə daxili “e-Tabib” fəaliyyətini dayandırıb 13/05/2026 Ölkə daxili Ağdərədəki mis yataqlarında geoloji kəşfiyyat işləri aparılır 13/05/2026 Ümumi iqtisadi xəbərlər ADY sədri: Astara terminalı çox ciddi bir strateji aktivdir 13/05/2026