EBRD Azərbaycan bankına 75 mln. avroyadək zəmanət verməyi planlaşdırır Bank xəbərləri 13/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanda kiçik və orta biznesin maliyyələşdirilməsini genişləndirmək məqsədilə “AccessBank”a 75 milyon avroyadək portfel risk bölgüsü zəmanəti təqdim etməyi nəzərdən keçirir. Bu barədə EBRD-dən bildirilib. Qeyd edilib ki, layihə hazırda ilkin qiymətləndirmə mərhələsindədir və EBRD Direktorlar Şurası tərəfindən 17 iyun 2026-cı ildə təsdiqlənməsi nəzərdə tutulur.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Məlumata əsasən, zəmanət AccessBank tərəfindən veriləcək yeni mikro, kiçik və orta sahibkarlıq (MSME) kredit portfelinin kredit riskinin 50%-ni əhatə edəcək. Layihə çərçivəsində bankın kapital imkanlarının genişlənəcəyi və yeni kreditlərin verilməsi üçün əlavə resurs yaranacağı gözlənilir. Zəmanətin hər biri 37,5 milyon avro olmaqla iki tranşla ayrılması planlaşdırılır. Birinci tranş müqavilə imzalanan zaman qüvvəyə minəcək, ikinci tranşın ayrılması isə EBRD-nin qərarından asılı olacaq. Hər tranşın müddəti 5 ilə qədər nəzərdə tutulur. Layihə üzrə ümumi maliyyələşdirmə həcmi 87,95 milyon ABŞ dolları, ümumi layihə dəyəri isə 88,36 milyon ABŞ dolları təşkil edir. Bank qeyd edir ki, maliyyələşdirmə əsasən gənclərə və qadınlara məxsus bizneslərə, eləcə də regionlarda fəaliyyət göstərən sahibkarlara yönəldiləcək. Bu isə inklüziv regional iqtisadi inkişafı dəstəkləməlidir. Qeyd edək ki, EBRD Azərbaycanda 1992-ci ildən fəaliyyət göstərir və bu müddətdə ölkəyə 3,7 milyard avrodan çox investisiya yatırıb. Bankın Azərbaycandakı əsas prioritetləri qeyri-neft sektorunun inkişafı, yerli maliyyə institutlarının gücləndirilməsi və yaşıl iqtisadiyyata keçidin dəstəklənməsidir. MənbəAPA TaglarAccessBankAvropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Son xəbərlər Nəqliyyat AAYDA: İzmir küçəsində 2 gün nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq 13/05/2026 Ölkə daxili “e-Tabib” fəaliyyətini dayandırıb 13/05/2026 Ölkə daxili Ağdərədəki mis yataqlarında geoloji kəşfiyyat işləri aparılır 13/05/2026 Ümumi iqtisadi xəbərlər ADY sədri: Astara terminalı çox ciddi bir strateji aktivdir 13/05/2026 Digər xəbərlər Nəqliyyat AAYDA: İzmir küçəsində 2 gün nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq 13/05/2026 Ölkə daxili “e-Tabib” fəaliyyətini dayandırıb 13/05/2026 Ölkə daxili Ağdərədəki mis yataqlarında geoloji kəşfiyyat işləri aparılır 13/05/2026 Ümumi iqtisadi xəbərlər ADY sədri: Astara terminalı çox ciddi bir strateji aktivdir 13/05/2026