EBRD Gəncə üçün 120 milyon avroluq ikinci kreditin ayrılması üzərində işləyir Ölkə daxili 13/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Hazırda Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Gəncədə su təchizatı və kanalizasiya sistemlərinin modernləşdirilməsi üçün nəzərdə tutulan 120 milyon avro həcmində ikinci kreditin ayrılmasına hazırlıq işlərini aparır. Bu barədə EBRD-nin Türkiyə və Qafqaz üzrə idarəedici direktoru Elizabetta Falçetti bildirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə E. Falçetti qeyd edib ki, Azərbaycan EBRD-nin “Yaşıl şəhərlər” proqramında mühüm yer tutur. “Gəncədə biz “Yaşıl şəhər” Fəaliyyət Planının hazırlanmasına – ölkənin əhali sayına görə ikinci böyük şəhərində ekoloji cəhətdən daha sağlam, dayanıqlı və daha rahat yaşayış mühitinin formalaşdırılmasına yönəlmiş uzunmüddətli strategiyanın hazırlanmasına dəstək veririk. Eyni zamanda, biz bərk məişət tullantılarının idarə edilməsi, küçə işıqlandırmasının modernləşdirilməsi və su infrastrukturunun inkişafı sahəsində kapital qoyuluşlarına töhfə veririk. Hazırkı mərhələdə proqram planlaşdırma mərhələsindən praktiki icra fazasına keçid edir. 35 milyon avro məbləğində ilk kredit sazişinin imzalanmasının ardınca Gəncədə su təchizatı və kanalizasiya sistemlərinin modernləşdirilməsi üçün nəzərdə tutulan 120 milyon avroluq kreditin ayrılmasına hazırlıq gedir. İnvestisiya proqramı təxminən 410 milyon avro məbləğində qiymətləndirilir ki, bu da qarşıya qoyulmuş vəzifələrin miqyasından xəbər verir”, – EBRD-nin idarəedici direktoru deyib. E. Falçetti vurğulayıb ki, EBRD həmçinin Gəncədən kənarda da dayanıqlı infrastruktur layihələrini maliyyələşdirmək niyyətindədir. “Xüsusilə, bu il Şəkidə su təchizatı, çirkab və yağış suları infrastrukturunun inşası və bərpası üçün 91 milyon avro məbləğində kredit sazişinin imzalanması planlaşdırılır. Bakıda və Abşeron yarımadasının ərazisində 3 milyondan çox sakinə xidmət göstərən su təchizatı sisteminin təkmilləşdirilməsi layihəsinin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasına başlanılıb. Paralel olaraq bankın paytaxtda uzun müddət çirklənməyə məruz qalmış ərazilərin bərpasında iştirakı imkanları araşdırılır. Məqsəd ekoloji cəhətdən zərər çəkmiş ərazilərin yerli icmalar və investisiyalar üçün daha sağlam və cəlbedici məkanlara çevrilməsinə şərait yaratmaqdır”, – o əlavə edib. MənbəREPORT TaglarAvropa Yenidənqurma və İnkişaf Bankı (EBRD)Gəncəkredit Son xəbərlər Neft və Qaz ABŞ-nin kommersiya neft ehtiyatları azalıb 13/05/2026 Ümumi iqtisadi xəbərlər EBRD-nin Yaxın Şərq münaqişəsi üzrə çərçivə proqramı 2026-cı ildə Azərbaycanı da əhatə edəcək 13/05/2026 Karyera İşdən çıxan şəxs hansı halda geri qayıda bilər? 13/05/2026 Ölkə xarici Fransada işsizlik ən yüksək həddə çatıb 13/05/2026 Digər xəbərlər Neft və Qaz ABŞ-nin kommersiya neft ehtiyatları azalıb 13/05/2026 Ümumi iqtisadi xəbərlər EBRD-nin Yaxın Şərq münaqişəsi üzrə çərçivə proqramı 2026-cı ildə Azərbaycanı da əhatə edəcək 13/05/2026 Karyera İşdən çıxan şəxs hansı halda geri qayıda bilər? 13/05/2026 Ölkə xarici Fransada işsizlik ən yüksək həddə çatıb 13/05/2026