EBRD-nin Yaxın Şərq münaqişəsi üzrə çərçivə proqramı 2026-cı ildə Azərbaycanı da əhatə edəcək Ümumi iqtisadi xəbərlər 13/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Yaxın Şərq münaqişəsindən təsirlənən ölkələrin dəstəklənməsi ilə bağlı çərçivə proqramı bu il həmin iqtisadiyyatlara, o cümlədən Azərbaycana 5 milyard avroya qədər vəsaitin ayrılmasını nəzərdə tutur. Bunu bankın Türkiyə və Qafqaz üzrə idarəedici direktoru Elizabetta Falçetti bildirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Bank Azərbaycanla bağlı potensial riskləri və onların mümkün fəsadlarını diqqətlə izləyir. EBRD-nin əks-tsiklik institut kimi funksiyası iqtisadi təzyiq dövrlərində, xüsusilə alternativ kapital mənbələrinə çıxışın məhdudlaşdığı şəraitdə müştərilərə və tərəfdaşlara dəstək göstərməkdir. Bankın əsas üstünlüyü bilavasitə yerlərdə daimi fəaliyyəti və müştərilərlə təmasda olmasıdır ki, bu da yaranan təhdidləri vaxtında aşkar etməyə və operativ cavab tədbirləri görməyə imkan verir”, – o qeyd edib. İdarəedici direktorun sözlərinə görə, EBRD-nin Azərbaycandakı fəaliyyəti, xüsusilə Ticarətin Maliyyələşdirilməsi Proqramı (TFP) vasitəsilə ticarət əməliyyatları və investisiya fəaliyyəti üçün maliyyə resurslarının əlçatanlığının təmin edilməsini, habelə tərəfdaş banklar və korporativ müştərilərlə, ilk növbədə, isə kiçik və orta sahibkarlıq seqmentində əməkdaşlığın dərinləşdirilməsini ehtiva edə bilər. “Bundan başqa, EBRD enerji dayanıqlığının gücləndirilməsi və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində böyük imkanların olduğunu qeyd edir. Buraya batareya enerji saxlanc sistemlərinin (BESS) tətbiqi və elektrik şəbəkələrinin etibarlılığının artırılması sayəsində enerji keçidini sürətləndirəcək investisiyalar daxildir”, – o əlavə edib. MənbəREPORT TaglarAvropa Yenidənqurma və İnkişaf Bankı (EBRD)Yaxın Şərq münaqişəsi Son xəbərlər Neft və Qaz ABŞ-nin kommersiya neft ehtiyatları azalıb 13/05/2026 Karyera İşdən çıxan şəxs hansı halda geri qayıda bilər? 13/05/2026 Ölkə xarici Fransada işsizlik ən yüksək həddə çatıb 13/05/2026 Ölkə daxili EBRD Gəncə üçün 120 milyon avroluq ikinci kreditin ayrılması üzərində işləyir 13/05/2026 Digər xəbərlər Neft və Qaz ABŞ-nin kommersiya neft ehtiyatları azalıb 13/05/2026 Karyera İşdən çıxan şəxs hansı halda geri qayıda bilər? 13/05/2026 Ölkə xarici Fransada işsizlik ən yüksək həddə çatıb 13/05/2026 Ölkə daxili EBRD Gəncə üçün 120 milyon avroluq ikinci kreditin ayrılması üzərində işləyir 13/05/2026