Binyamin Netanyahu İran müharibəsinin qızğın çağında prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla görüşmək üçün Birləşmiş Ərəb Əmirliklərinə gizli səfər etdiyini iddia edib. Çərşənbə axşamı axşam İsrail baş nazirinin ofisindən verilən məlumata görə, “Bu səfər İsrail və BƏƏ arasında münasibətlərdə tarixi bir irəliləyişə səbəb olub”. Reuters agentliyinin məlumatına görə, iki lider martın 26-da Oman sərhədi yaxınlığındakı vahə şəhəri olan Əl-Ayn da bir neçə saat görüşüblər. Bir mənbə xəbər agentliyinə bildirib ki, Mossad direktoru David Barnea hərbi əməliyyatları koordinasiya etmək üçün İranla müharibə zamanı BƏƏ -yə ən azı iki dəfə səfər edib.