Kuba dizel və mazutdan tamamilə məhrum olub, ölkənin enerji və mədən naziri çərşənbə günü bildirib. Bu, ABŞ -ın adanın yanacaq tədarükünü boğan blokadası fonunda paytaxt Havana nın onilliklərin ən pis elektrik kəsilmələri ilə üzləşdiyi bir vaxta təsadüf edir. Enerji naziri Visente de la O dövlət mediasına açıqlamasında deyib: “Bizdə qətiyyən yanacaq (neft) və qətiyyən dizel yoxdur”. O, əlavə edib ki, milli şəbəkə “kritik” vəziyyətdədir. “Bizim heç bir ehtiyatımız yoxdur.”