Kuba dizel və mazut ehtiyatlarını tamamilə tükəndirib. Ölkənin enerji naziri çərşənbə günü bildirib ki, Havana onilliklər ərzində ən pis elektrik kəsintiləri ilə üzləşir, çünki ABŞ blokadası adanı yanacaqsız qoyub. Enerji naziri Visente de la O Levi dövlət mediasına açıqlamasında deyib: “Bizim qətiyyən yanacağımız (mazut) və qətiyyən dizelimiz yoxdur.” O əlavə edib ki, milli şəbəkə “kritik” vəziyyətdədir. “Bizim heç bir ehtiyatımız yoxdur.” Mazut xam neftin distilləsindən əldə edilən, istilik və ya enerji istehsalı üçün istifadə olunan bir məhsuldur. Nazir bildirib ki, Havana da elektrik kəsintiləri kəskin şəkildə artıb, paytaxtın bir çox məhəllələrində gündə 22 saata qədər işıq yoxdur.