Çərşənbə günü ABŞ Sahil Mühafizəsi və ABŞ Hərbi Hava Qüvvələri rəsmiləri bildiriblər ki, Mərkəzi Florida sahillərində dənizə düşən özəl təyyarədəki 11 nəfərin hamısı qəzadan sağ çıxıb və saatlar sonra ABŞ Hərbi Hava Qüvvələri Ehtiyat qrupu tərəfindən xilas edilib. Xilasetmə əməliyyatında iştirak edən təyyarələrdən birinin komandiri, ABŞ Hərbi Hava Qüvvələrinin mayoru Elizabeth Piowaty çərşənbə axşamı baş verən qəzadan bir gün sonra keçirilən brifinqdə jurnalistlərə deyib: “Bütün bu insanların sağ qalması olduqca möcüzəvidir”. Baham adaları ndan uçan və göyərtəsində 11 yetkin şəxs olan iki mühərrikli turbopərvanəli təyyarə Florida ştatının Melburn şəhərindən təxminən 129 km aralıda Atlantik okeanı na düşüb və ABŞ Sahil Mühafizəsi tərəfindən qeydə alınan təcili yerləşmə siqnalını aktivləşdirib. ABŞ Sahil Mühafizəsi nin məlumatına görə, axtarış başlayanda Piowaty nin döyüş axtarış və xilasetmə üçün nəzərdə tutulmuş HC-130J Combat King II təyyarəsi artıq təlim missiyasında havada idi və onun heyəti dərhal əməliyyata qoşulub. Mayor bildirib ki, onun komandası tufan yaxınlaşarkən xilasedici salı görüb və xilasedicilər suya çatana qədər sağ qalanları təmin etmək üçün qida, su və əlavə üzmə vasitələri olan bir paket atıb. O zaman sağ qalanlar “təxminən beş saat idi ki, salda idilər və biz onlara baxmaqla fiziki, zehni və emosional cəhətdən çətinlik çəkdiklərini deyə bilərdik”, – para-xilasedicilərdən biri olan ABŞ Hərbi Hava Qüvvələrinin kapitanı Rory Whipple brifinqdə xatırladıb.