Bloomberg: Qana “Lukoil”in Qvineya körfəzindəki şelfdə payını almaq istəyir Xarici biznes xəbərləri 14/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Qana hakimiyyəti “Lukoil”in Qvineya körfəzindəki şelfdə yerləşən “Deepwater Tano Cape Three Points” (DWT/CTP) dəniz neft blokundakı 38 faizlik payını almaq imkanını nəzərdən keçirir. Bu barədə mənbələrə istinadən “Bloomberg” agentliyi məlumat yayıb. Məlumata görə, Qana hesab edir ki, o, Qvineya körfəzində yerləşən “Pecan” yatağının işlənməsi layihəsində “Lukoil”in payını almaq üçün üstünlük hüququna malikdir. Qana bununla ölkənin qərb akvatoriyasında neft hasilatına daha böyük nəzarət əldə etmək istəyir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bundan əvvəl “Lukoil” xarici aktivlərə sahib olan “Lukoil International GmbH” şirkətinin satışı barədə ABŞ-nin “The Carlyle Group” şirkəti ilə razılığa gəldiyini açıqlamışdı. “Bloomberg”in məlumatına görə, Qana öz niyyəti barədə “Lukoil”u məlumatlandırıb. Agentlik bildirir ki, Rusiya şirkətinin nümayəndələri məsələ ilə bağlı şərh verməkdən imtina ediblər. 2023-cü ildə Qana hökuməti “Lukoil”in iştirak etdiyi DWT/CTP blokunda yerləşən Pecan yatağının işlənməsi layihəsini təsdiqləyib. TaglarLukoilQana Son xəbərlər Qeyri-bank kredit təşkilatları “FINCA Azerbaijan” innovativ məhsulu ilə seçildi – AMFA tərəfindən mükafatlandırıldı – Foto 14/05/2026 Ölkə daxili Minimum əməkhaqqı nə vaxt artırılacaq? 14/05/2026 Ölkə xarici Kubada yanacaq tamamilə tükənib 14/05/2026 Nəqliyyat Azərbaycanda 2025-ci ildə təyyarə ilə yükdaşımalar azalıb 14/05/2026 Digər xəbərlər Qeyri-bank kredit təşkilatları “FINCA Azerbaijan” innovativ məhsulu ilə seçildi – AMFA tərəfindən mükafatlandırıldı – Foto 14/05/2026 Ölkə daxili Minimum əməkhaqqı nə vaxt artırılacaq? 14/05/2026 Ölkə xarici Kubada yanacaq tamamilə tükənib 14/05/2026 Nəqliyyat Azərbaycanda 2025-ci ildə təyyarə ilə yükdaşımalar azalıb 14/05/2026