İcra başçısının 35 yaşlı müavini vəzifəsindən ayrılıb Digər xəbərlər 14/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Göygöl Rayon İcra Hakimiyyətinin başçısının müavinlərindən biri vəzifəsindən ayrılıb. Banker.az xəbər verir ki, bu, Arzu Qocayev Rövşən oğludur.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Qocayev Arzu Rövşən oğlu 1991-ci ildə Göygöl şəhərində anadan olub. Göygöl şəhər 1 nömrəli tam orta məktəbi bitirib. 2008-2012-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bakalavr təhsili alıb. 2012-2015-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Beynəlxalq Ticarət ixtisası üzrə magistr təhsili alıb. 2013-2016-cı illərdə Unibank-da müxtəlif vəzifələrdə çalışıb. 2016-2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Qəbələ regional “ASAN xidmət” mərkəzində baş məsləhətçi, 2018-2022-ci illərdə Şəki regional “ASAN xidmət” mərkəzinin direktoru, 2022-ci ilin fevral ayından etibarən isə 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin direktoru vəzifəsində çalışıb. 2022-ci ilin sonunda Arzu Qocayev Göygöl rayon İcra Hakimiyyəti Başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdi. Son xəbərlər Lizinq Yeni lizinq şirkəti təsis edildi 14/05/2026 Neft və Qaz Bloomberg: Hindistan ABŞ-dən Rusiya neftinin alınmasına icazənin uzadılmasını istəyib 14/05/2026 İnvestisiya ABB Invest ABB-nin növbəti istiqraz emissiyası böyük uğurla yekunlaşdırdı: Tələb təklifi 3 dəfə üstələdi 14/05/2026 Əsas məlumatlar Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub 14/05/2026 Digər xəbərlər Lizinq Yeni lizinq şirkəti təsis edildi 14/05/2026 Neft və Qaz Bloomberg: Hindistan ABŞ-dən Rusiya neftinin alınmasına icazənin uzadılmasını istəyib 14/05/2026 İnvestisiya ABB Invest ABB-nin növbəti istiqraz emissiyası böyük uğurla yekunlaşdırdı: Tələb təklifi 3 dəfə üstələdi 14/05/2026 Əsas məlumatlar Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub 14/05/2026