Minimum əməkhaqqı nə vaxt artırılacaq? Ölkə daxili 14/05/2026 Paylaş FacebookXWhatsAppTelegram “Əmək Məcəlləsinə” edilən dəyişikliklərə əsasən, minimum əməkhaqqı məbləğinə ildə ən azı bir dəfə baxılacaq. Bu da minimum əməkhaqqı artımında dövriliyin təmin olunması deməkdir”. Banker xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov şərh verib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Artımlar qanunla tənzimlənəcək. Minimum əməkhaqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin bütün pillələri üzrə artımları təmin edir. Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları minimum əməkhaqqı artırılandan bir ay müddətində yeni məbləğə uyğunlaşdırılaraq artırılır. Bura sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin vəzifə maaşları daxildir. Vahid tarif cədvəlində əməkhaqları 19 dərəcə üzrə müəyyənləşdirilir. Hazırda ən aşağı maaş 400, ən yüksək isə 1150 manatdır. Minimum əməkhaqqının dövri olaraq artırılması praktik olaraq bütün dərəcələrə şamil olunacaq. Bu zaman maaşın minimum səviyyədən az və çox olması xüsusi önəm daşımır. Bütövlükdə, minimum əməkhaqqının artırılması 700 min vətəndaşımızın maaşlarının artmasına səbəb ola bilər”, – parlamentari qeyd edib. Artımın nə zaman baş verəcəyinə gəldikdə isə V.Bayramov xatırladıb ki, Məcəlləyə olan dəyişikliklər Prezident tərəfindən 23 fevral 2026-cı ildə təsdiq edilib: “Həmin dəyişikliklərin təsdiqindən sonra minimum əməkhaqqı məbləğinə ildə ən azı bir dəfə baxılmalıdır. Bu o deməkdir ki, dəyişikliyin təsdiq ediliyi tarixdən keçən 1 il müddətində minimum əməkhaqqı məbləğinə ən azı bir dəfə baxılaraq artırılacaq. Müəyyən illərdə daha çox artımlar ola bilər. Xüsusən nəzərə almaq lazımdır ki, minimum əməkhaqqındakı növbəti artımdan sonra proses daha da mütəmadiləşəcək. Çünki, qanunvericilik minimum əməkhaqqının ildə ən azı bir dəfə artırılmasını nəzərdə tutur”. Taglarminimum əməkhaqqı Son xəbərlər Lizinq Yeni lizinq şirkəti təsis edildi 14/05/2026 Neft və Qaz Bloomberg: Hindistan ABŞ-dən Rusiya neftinin alınmasına icazənin uzadılmasını istəyib 14/05/2026 İnvestisiya ABB Invest ABB-nin növbəti istiqraz emissiyası böyük uğurla yekunlaşdırdı: Tələb təklifi 3 dəfə üstələdi 14/05/2026 Əsas məlumatlar Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub 14/05/2026 Digər xəbərlər Lizinq Yeni lizinq şirkəti təsis edildi 14/05/2026 Neft və Qaz Bloomberg: Hindistan ABŞ-dən Rusiya neftinin alınmasına icazənin uzadılmasını istəyib 14/05/2026 İnvestisiya ABB Invest ABB-nin növbəti istiqraz emissiyası böyük uğurla yekunlaşdırdı: Tələb təklifi 3 dəfə üstələdi 14/05/2026 Əsas məlumatlar Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub 14/05/2026