“Atəşgah” Sığorta 80 346 manat Kasko sığorta ödənişi etdi! Sığorta xəbərləri 14/05/2026 Paylaş FacebookXWhatsAppTelegram ®Azərbaycan sığorta bazarının aparıcı iştirakçılarından biri olan “Atəşgah” Sığorta Şirkəti ASC 30 illik fəaliyyəti ərzində müştərilərinə həm könüllü,həm də icbari sığorta xidmətləri təqdim etməkdədir. Şirkət müştəri məmnuniyyətini daim prioritet olaraq qəbul edir və sığorta ödənişlərini vaxtında, şəffaf və obyektiv şəkildə həyata keçirir. Bakı şəhəri, Nardaran qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı şirkət peşəkarlığını bir daha göstərərək 80 346 manatlıq KASKO sığorta ödənişini həyata keçirdi.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bu, şirkətin müştərilərinə göstərdiyi diqqət və qayğının növbəti nümunəsidir. Belə ki, hadisə zamanı “Atəşgah” Sığorta Şirkəti tərəfindən sığortalanmış Mercedes-Benz GLE 450 markalı avtomobil ilə Nissan Altima markalı nəqliyyat vasitəsi toqquşmuşdur. Nəticədə sığortalanmış avtomobilə dəymiş maddi zərər şirkətin Texniki Ekspertiza şöbəsi tərəfindən qiymətləndirilmiş və 5 may 2026-cı il tarixində 80 346 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bu hadisə bir daha təsdiq edir ki, “Atəşgah” Sığorta Şirkəti yalnız etibarlı sığorta təminatçısı deyil, eyni zamanda hər bir sığorta hadisəsinə fərdi yanaşan, müştərilərinə operativ həllər təqdim edən etibarlı tərəfdaşdır. Şirkətin uzun illərə əsaslanan peşəkar fəaliyyəti və müştəriyönümlü yanaşması onun sığorta bazarında nüfuzlu mövqeyini daha da möhkəmləndirir. TaglarAtəşgah Sığorta Son xəbərlər Ümumi iqtisadi xəbərlər Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 3%-ə yaxın artıb 14/05/2026 Dövlət büdcəsi Dövlət büdcəsində 3 mlrd. manat üzərində qalıq yaranıb – İlk 4 ayın hesabatı 14/05/2026 Nəqliyyat ADY: Bakı-Qəbələ qatarı Kürdəmirdə də dayanacaq 14/05/2026 Bank xəbərləri AMB: “Açıq bankçılıq” ekosisteminə 21 bank və 2 elektron pul təşkilatı qoşulub 14/05/2026 Digər xəbərlər Ümumi iqtisadi xəbərlər Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 3%-ə yaxın artıb 14/05/2026 Dövlət büdcəsi Dövlət büdcəsində 3 mlrd. manat üzərində qalıq yaranıb – İlk 4 ayın hesabatı 14/05/2026 Nəqliyyat ADY: Bakı-Qəbələ qatarı Kürdəmirdə də dayanacaq 14/05/2026 Bank xəbərləri AMB: “Açıq bankçılıq” ekosisteminə 21 bank və 2 elektron pul təşkilatı qoşulub 14/05/2026